Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda Türk soyqırımı - I HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Qərbi Azərbaycanda Türk soyqırımı - I HİSSƏ

Qərbi Azərbaycanda Türk soyqırımı - I HİSSƏ


Qərbi Azərbaycan - indiki Hayıstanda Türk soyqırımı...

17 kənd, qəsəbə və şəhərdə öldürülən insanların sayı təxminən 300.000 mini keçmişdir


1914-1918-ci illərdə (dünyanın başı I dünya savaşına qarışdığı vaxt!) İrəvan quberniyasında 88-kənd dağıdılmış, yandırılmış, yerlə-bir edilmiş və 131.970 nəfər Azər Türkü acımasızca, heç kimə, heç nəyə rəhm etmədən boylu qadın, qoca, uşaq, xəstə, cavan hər kəsi qanına qəltan etmişdilər. Cəsədlər aylarla yerdə qalmış, vəhşi heyvanlara yem olmuşdur.
1916-1918 - ci illərdə təkrar Qars, Ərdəhan, Ərzurum, Trabzon, Rəşdiə, Abbasağa, Bəyazit, təkrar Van, Muş, İğdır, Bitlis, Açarca, Alaşkert, Səlmas, Dilman və Malatyada ingilis, fransız və qismən rus müstəmləkəçi dairələri tərəfindən silahlandırılmış və qudurdulmuş erməni terror dəstələri yerli Türk əhalini, o cümlədən yaxınlıqda yerləşən kürdləri də əsir almış, müxtəlif bəhanələrlə, kəndliləri kütləvi qırmaq məqsədilə ya gizli dərələrə və ya məscidlərə, cameələrə doldurulmuş, orada onları yandırmış, evlərini, malını-mülkünü yağmalayıb oğurlamışdılar. Burada 17 kənd, qəsəbə və şəhərdə öldürülən insanların sayı təxminən 300.000 mini keçmişdir.
1917 - ci ildə rus süvari ordusunun generalı ermənilərin bələdçiliyi və təşkilati köməkliyi ilə Lənkərana gəlmiş, saysız-hesabsız müsəlmana zülm etmiş, minlərlə lənkəranlını, masallılını, leriklini qətl etmişdir. Səbəb - onlar müsəlman idi. Məqsəd - Qafqazı müsəlmandan təmizləmək!
1917 - ci ildə çar Rusiyasında fevral-burjua inqilabı baş vercək, yenidən ara qarışanda silahlı erməni daşnak çətələri tayqulaq daşnak generalı Andranikin başçılığı altında (sonra Türk zabiti onun qulağını kəsdirib, buraxmışdı ki, hər gün güzgüdə özünə baxanda etdiyi xəyanətin nəticəsinin şahidi olsun ) Qafqazda müsəlman Türklərə qarşı şiddətli hücuma keçərək, Qutqaşen, Gəncə, Nuxa ( Şəki ), Ərəb kəndində, Axtalı kəndində, Ağ Daş şəhərində, Qocalı və Ərş kəndlərində kütləvi qırğınlar, dağıntılar, cinayətlər törədib, minlərlə günahsız insanları - yalnız Türk, müsəlman əlamətinə görə kütləvi soyqırım yapmışdır. Bu məlumatlar Fövqəladə İstintaq komissiyasının üzvləri Mixaylav və Kalyusivskinin məruzəsində öz əksini tapmışdır.
1917-1918- ci illərdə Bakıya soxulmuş silahlı erməni çətələri, bandit və quldur dəstələri, yerli erməniləri də silahlandırmış və onlarla birlikdə Bakıda yerli silahsız xalqı kütləvi qırğına məruz qoyaraq, planlı və məqsədli soyqırım etmişdir. Fövqəladə İstintaq Komissiyasının sədri A.O.Kalyuqinin məruzəsində Bakı qırğınında 11.000 müsəlmanın öldürüldüyü qeyd olunmuşdur. Burada ölənlərin cəsədlərini Çəmbərəkənd şəhidliyində (indiki Şəhidlər Xiyabanında), bir neçə böyük quyularda, sədəcə gizlətmək məqsədilə basdırmışlar. Bu sətirlərin müəllifi olaraq mən 20 yanvar faciəsinin şəhidlərini orada dəfn edərkən yağışlı gündə qazdığımız bir neçə quyudan saysız-hesabsız skeletlər, sümüklər çıxdı. O zaman biz Əbülfəz Elçibəylə bunu nə edəcəyimizi məsləhətləşdik. O bizə məsləhət gördü ki, o sümükləri ayrıca yeni qazılmış məzarlara yığaq. Elə də etdik, bir neçə şəxs yağışa və soyuğa baxmayaraq ayaq üstündə fatihə verdi, yasin oxudu. Yəni həzin bir dəfn mərasimində yazıq soydaşlalarımızı təxminən 72-73- ildən sonra müsəlmansayağı dəfn etdik . Hazırda Şəhidlər Xiyabanında sıra ilə düzülmüş məzarların arasında 2-3 metrlik boşluqlar var. Bilirsizmi, ora sadəcə boş yer deyil, biz o skletləri, soydaşlarımızın sümüklərini, kəmiklərini oraya yığmışıq.
Burada bir haşiyə: Mən Azərbaycan Dövlət Universitetinin Filaloji (Türk Dili və Ədəbiyyatı fakültəsi) fakültəsində təhsil alırdım və o zamanın bütün kirayədə yaşayan tələbələri kimi mən də 5-mərtəbə ətrafında (indiki, Nizami metrosunun yaxınlığında), bir ixtyar qadının evində, yazıçı İlqar Əhmədoğlu ilə birlikdə kirayədə qalırdım. Cavanlıq havasıyla mən hərdən bir evə gecə yarısı gəlirdim. Hər dəfə də qapını ev sahibi olan bu qoca qarı açırdı. Əlbəttə ki, bu haldan içimdə narazı qalırdım, çünki, bu qocanın təxminən mən yaşda bir oğlu var idi, qapını o da aça bilərdi. Bir gün bu nurani, gözəl qarıya yaxınlaşıb öz etirazımı bildirdim və dedim ki, əgər siz mənə qapı açsanız, yəqin ki, utandığımdan sizdən köçəcəm. Qoca qadın mənim sözlərimdən çox incidi və dedi: “Oğlum, mən hər dəfə sənə qapı açanda fərəhlənirəm, bir kişinin gəldiyi üçün qürur duyuram. Sevinirəm ki, mənim gecənin bu vaxtında evimə pasibanım gəlir, millətimin məni sevən, məni yeri gəlsə müdafiə edən bir kişi oğlu gəlir. 1918-ci ildə, mən və bacı-qardaşlarım kiçik olanda, ermənilər bu məhəlləyə hücum etdilər. Anam məni, bacılarımı evin arxasında gizlətdi, kiçik qardaşımı gizlədə bilmədi-onu ermənilər görüb öldürdülər. Anamı vurdular, yaralandı ancaq ölmədi, ondan sonra uzun müddət biz qorxumuzdan evdən çıxa bilmədik. Təxminən iki gün biz evdə yaralı anamıza və ölən qardaşımıza baxıb ağlayırdıq, anamın və qardaşımın qanı evi doldurmuşdu. Hamımız qanın içində oturub qorxudan aclığı unutmuşduq, iki gün sonra bizim uzaq kənddən bu hadisəni eşıdib gələn dayılarım, başqa qohumlarımız qardaşımın meyidini aparıb dəfn Setdilər. Bizə də yemək-içmək, anama dava-dərman gətirdilər. O zaman biz qapı döyüləndə evdə kiçik bir oğlan uşağı arzulayırdıq ki, gedib qapını açsın. İndi Allaha çox şükür, min şükür ki, mənim evimdə sənin kimi oğlanlarım var və mən arxayın öləcəm. Mənə görə kefini pozma oğlum, bilsəydin başımıza o daşnaklar nə bəlalar gətirdilər... Allah onların bəlasını versin. ”...
Davamı gələn sayımızda.

Əli KƏrimbəyli /AMEA/

Geri dön