Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > İran ABŞ-da dondurulmuş aktivlərini geri alır
İran ABŞ-da dondurulmuş aktivlərini geri alır |
İran-ABŞ Arbitraj Məhkəməsinin qərarı ilə İranın ABŞ-da dondurulmuş aktivlərinin bir qismi artıq ölkəyə qaytarılıb. Geri alınmış aktivlərin miqdarı az olsa da, bu istiqamətdə işlər davam etdirilir. Bunu İran parlamentinin Milli tələblər komitəsinin sədri Mehdi Davatgari deyib. Bu barədə İran parlamentinin rəsmi xəbər saytı icana.ir məlumat verir.
Davatgari bildirib ki, aktivlərin qaytarılması üçün beynəlxalq məhkəmələrə təqdim olunacaq bütün lazımi sənədlər komitə tərəfindən toplanılıb. Aktivlərin geri qaytarılması üçün yaradılmış işçi qrupu hüquqi vasitələrdən istifadə edəcək. Onun sözlərinə görə, İran xalqının aktivlərini geri almaq üçün beynəlxalq dərəcəli vəkillərdən istifadə olunur. İran-ABŞ əlaqələri 1979-cu ildə İranda inqilab baş verdikdən sonra Birləşmiş Ştatların Tehrandakı səfirliyi ələ keçirilməklə kəsilib. Bundan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Cimi Karter İrana qarşı yeni sanksiyaların tətbiqinə dair sərəncam verdi. Sərəncamla ABŞ ərazisində olan İranın bütün dövlət aktivlərinin və banklardakı pullarının dondurulmasına göstəriş verildi. ABŞ hər il bu sərəncamı qüvvədə saxlayır. Avqustun 28-də İran Silahlı Qüvvələri komandanının müavini Məsud Cəzayiri demişdi ki, bundan sonra lap 50 il keçsə də, İran ABŞ-da dondurulmuş dövlət aktivlərini geri alacaq, lazım gələrsə bunu güc yolu ilə edəcək. O bildirmişdi ki, çox çəkməz ki, ABŞ rejimi İranın aktivlərini artıqlaması ilə İran xalqına qaytaracaq. İran-ABŞ Arbitraj Məhkəməsi iki ölkə arasındakı problemləri həll etmək məqsədilə 1981-ci ildə yaradılıb. Geri dön |