Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tıklamalar və rəylər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Tıklamalar və rəylər

Tıklamalar və rəylər


Söz düşəndə bir məsələ barədə,
Çoxu deyir gərək mən də tıklayım.
Düşünmürlər səhv tıklama əməli
Söz-söhbəti ola bilər ilin, günün, bir ayın.
***
Bəzən başlıq adamı tez çaşdırır,
Yazılanı başlarına uçdurur...
Üzə çıxar bir yazıda on qüsur...
Yazınızı diqqət ilə yoxlayın.
***
Yazılara münasibət bildirin,
Demirəm ki, özünüzü güldürün.
Bəlkə xəbər xəbəridir bildirin,
Heç olmasa bircə sətri qoxlayın.
***
Atı görüb, deyirsiniz, bəyəndm,
İti görüb,deyirsiniz, bəyəndim...
Ay qardaşım, ay xaloğlu, əfəndim,
Burda nə at, burda nə it?...Toxdayın...
***
Mən yazıram, ayıldıram yatanı,
Yeri, göyü xorultusu tutanı.
Siz yazandan yazımdakı iz hanı?
Yavaş!...Yavaş!...Əlinizi saxlayın!
***
Lazımdırsa, əgər sizin səsiniz,
Onda, bəli, dayanmayın, tıklayın.
Yoxsa əgər, bir sözünüz , bəhsiniz,
Əlinizi çənənizdə saxlayın.
***
Nazim Nəsrəddinov
Bakı
24.10.2019.

Geri dön