Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BDU-nun dilçi alimləri beynəlxalq simpoziumda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > BDU-nun dilçi alimləri beynəlxalq simpoziumda

BDU-nun dilçi alimləri beynəlxalq simpoziumda


Türkiyənin Samsun şəhərində Samsun Valiliyi, On Doqquz May Universiteti, Türk Dil Qurumu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “19 May 1919-cu il Milli Qurtuluş Savaşı”nın 100 illiyinə həsr olunmuş XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən elm adamlarının qatıldığı simpoziumun 65 bölmə iclasında türkologiyanın aktual problemlərinə həsr olunmuş 300 məruzə dinlənilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, simpoziumda Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova və Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov iştirak ediblər.
Bölmə iclaslarında Zemfira Şahbazovanın “Azərbaycan və Türkiyə türkcələrində xitabların linqvistik xüsusiyyətləri”, Qızılgül Abdullayevanın “Azərbaycan dilində tarixi aqlütinasiya və analitizm”, Aygün Məhərrəmovanın “Ortaq türk abidəsi “Koroğlu” dastanının dilində təkrarların üslubi xüsusiyyətlər”, Pərvin Eyvazovun “Professor Bəkir Çobanzadənin dilçilik araşdırmalarında Azərbaycan dilinin mənşəyi, qədim izləri və təşəkkülü məsələləri” mövzularında məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələr yekunlaşdıqdan sonra təşkilat komitəsi adından Azərbaycan nümayəndə heyətinə sertifikatlar təqdim olunub.

Geri dön