Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Almata bəyannaməsi bizə nə vəd edir?
Almata bəyannaməsi bizə nə vəd edir? |
Oktyabrın 21-də Qazaxıstanın Almata şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısı keçirildi. Toplantının yekunu olaraq Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan Almata bəyannaməsini imzaladılar. Maraqlıdır, görəsən, cəmiyyətimizin Almata zirvə toplantısına münasibəti necə oldu? “Davam”çılar siyasi partiyalardan, politoloqlardan, türkoloqlardan və bəzi mətbuat mənsublarından Almata zirvə toplantısı barəsində münasibət öyrəndi.
Firudin Cəlilov - Türkoloq, alim, Azərbaycanın keçmiş təhsil naziri: Bu cür toplantıların keçirilməsi vacibdir. Lakin bu toplantıları bu işi gərçəkdən istəyənlər keçirməyi lazımdır, köhnə beyinli kommunistlərin yox. Belə görünür ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev türk birliyini gerçəkdən istəyir, digər türk dövlətləri isə bir az çəkinirlər. Buna görə də onlar sadəcə yığışıb, söhbət edib dağılışırlar. Heç olmamaqdansa bu cür olması daha yaxşıdır. Tahir Seyidov - Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini: Bildiyim qədər Türkdilli dövlətlərin əməkdaşlığı on ildən çoxdur ki, davam edir. Amma eyni millətdən, kökdən ibarət olan insanların birliyinin daha sıx olması lazımdır. Düşünürəm ki, Türkdilli ölkələr gələcək toplantılarda dövlətini qurmamış türk xalqlarının müqəddəratı ilə bağlı mövqe ortaya qoysalar, birlik daha da effektiv olar. Fərhad Mehdiyev - Politoloq: Bu toplantını inteqrasiyaya doğru bir basqa addım kimi qiymətləndirirəm. Amma bu addımın xeyri olması üçün tərəflər daha çox səy göstərməlidirlər qənaətindəyəm. Azər Abdulla - “Oğuz eli” qəzetinin baş redaktoru, ədəbiyyatçı: Düşünürəm ki, belə toplantılar tez-tez olmaqla bərbər türkdilli dövlətlərin bir-biriylə əlaqələri sıxlaşmalıdır. Niyaməddin Orduxanlı - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini: Türkdilli xalqların əmakdaşlıq şurasının zirvə toplantısını keçirilməsini yüksək qiymətləndirirəm. Bu toplantı türk xalqlarının inteqrasiyasına və birgə əmakdaşlığına yardım etmış olur. Ümumiyyətlə, bu xalqların bütün sahələrdə əməkdaşlıq etməsi çox vacib bir məsələdir. Bu gün ən vacib məsələ elə Türk Birliyinin yaranmasıdır. Dünyada Ərəb Liqası, Avropa Birliyi olduğu halda nədən eyni kökə, eyni dilə mənsub olan türklərin birliyi yaranmasın? 300 milyondan artıq bir xalqın birgə birliyinin yaranması çox böyük bir iş olar. Mehman Həsən - “Yeni nəfəs” jurnalının baş redaktoru: Son zamanlar Türk dövlətlərinin genişlənən əmakdaşlığı təqdirəlayiq hadisədir. 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda və nəhayət 2011 ci ildə Almatıda keçirilən Türkdilli dövlətlərin parlament assembleyasının toplantıları, birgə iqtisadi, siyasi və mədəni yönümdə imzalanan sazişlər , Türk birliyinin qurulması yönümündə atılan çox böyük addımdır. Hesab edirəm ki, bu əlaqələr daha da genişlənməlidir. Çox təəsüflər olsun ki, Özbəkistan və Türkmənistan Türk PA-ya hələ də qoşulmayıb. Ancaq ümid edirəm ki, hər iki dövlət tezliklə birlikdə yer alacaq və bu birlik gələcəkdə bizim dünyaya gücümüzü daha aydın hiss etdirəcəkdir. Pərviz Elay: “Millətçilik” qəzetinin baş redaktoru, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının mətbuat katibi: Oktyabrın 21-də Almatıda başa çatmış Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbəti zirvə toplantısını yüksək dəyərləndiririk. AMDEP daim vurğulayır ki, bu toplantıların davamlılığı Türk xalqlarının inteqrasiya və əməkdaşlıq yolunda müstəsna rol oynayır. Türk Birliyinə gedən müqəddəs yolda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantıları Türk dövlətləri arasında bütün mövcud problemlərə aydınlıq gətirən və onları çözmək imkanında olan hələ ki, yeganə və optimal formatdır. Bununla yanaşı AMDEP bildirir ki, Türk Dünyasının Birliyi “Qərbə inteqrasiya” və ya “Avroasiya İttifaqı” kimi imperialist projelərə qarşı Türk xalqlarının mövcudluğu, müstəqilliyi, çoxvektorlu siyasət aparması üçün yeganə düzgün alternativ layihədir. Bu baxımdan, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantılarının əhəmiyyəti ölçüyəgəlməzdir. AMDEP xüsusi qeyd edir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantılarında Azərbaycanın ən yüksək səviyyədə təmsilçiliyi, ölkəmizin Türk Birliyinə gedən yolda fəallığını və müstəqil siyasət iradəsinə sahib olduğunu göstərən təqdirəlayiq mövqedir. Şahlar RUHİ Geri dön |