Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Hamı bilməlidir yeri hardadır, Alqış öz yerində olana, alqış...
Hamı bilməlidir yeri hardadır, Alqış öz yerində olana, alqış... |
Hamı bilməlidir yeri hardadır,
Alqış öz yerində olana, alqış... *** İlim var, ayım var əsrə bərabər, Heç nəyə bərabər günlərim də var... Şirin xatirələr, şirin duyğular Ömrün hər anında, günlərində var. *** Mənim təriflərə ehtiyacım yox, Təki ürəyimdən gəlsin avazım. Yolun əyrisi də, düzü də olur, Mənim nə haqqım var, yolumu azım? *** Bilirəm, nadanlar- adam deyillər, Niyə hələ qalıb belə veyillər?... Adamın alçağı- alçaqlıq deyil, Gərək pislənilsin alçaq meyillər... *** Dünya gəlir gedir, Süleyman yoxdur. Adam var, zatında din, iman yoxdur. Bu günün işini vaxtında gör ki, Vallah, sabaha da heç güman yoxdur. *** Salam ver, salam al, salamat ol ki, Yaşasın həyatda tərəzi, ölçü. Dünənki bildirçin qartal olanda Öl ki, ölsün, getsin elə dünənki. *** Sözü düz deyirəm, söz oynatmıram, Ocağın içində köz oynatmıram. Gedirəm, gəlirəm, öz yolum ilə, Nüktəgirlik edib göz oynatmıram. *** Yadıma düşəndə qırx ilin sözü, Hələ axtarıram doğrunu, düzü. Sabaha ümidin itməsin deyə Gərək ümid olsun ümidin özü. *** Ömür gəlir keçir, heç nə soruşmur, Elə illər var ki, ilə qovuşmur. Bəzən dediyin söz tarixə düşür, Söz var ki, o sözə bir quruş düçmür. *** Gül kimi sözümüz olduğu halda,Özgə qapıların açmayaq gərək. Sözün doğrusunu bəyənir hamı, Doğrudan yalana qaçmayaq gərək. ***Hamı bilməlidir yeri hardadır,Alqış öz yerində olana,alqış.Əslindən, nəslindən öyüd-nəsihət,Babadan məsləhət alana - alqış...*** Yaşa,yaşamağın günah deyilsə, Yaşamaq yanmaqdır... Yanmaq!...Nə isə.... Dünya beş-on günə düzələ bilər, Hərə öz yerini tanıya bilsə. Nazim Nəsrəddinov. 28.10.2019 Geri dön |