Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının hazırlanmasında beynəlxalq təşkilatların rəyi nəzərə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının hazırlanmasında beynəlxalq təşkilatların rəyi nəzərə alınıb

Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının hazırlanmasında beynəlxalq təşkilatların rəyi nəzərə alınıb


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan bildirilib ki, 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.
Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olub. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir.
Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.
Hər iki Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.
Komissiyanın sədri Ramiz Mehdiyev deyib: "2012-ci il 5 sentyabr tarixli Sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaqdır".
Fəaliyyət planlarının hazırlanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınıb.
Fəaliyyət planlarının icrasına və onların dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Geri dön