Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Ramil Səfərovla bağlı beynəlxalq qurumların narahatlığının arxasında erməni lobbisinin təsiri durur"
"Ramil Səfərovla bağlı beynəlxalq qurumların narahatlığının arxasında erməni lobbisinin təsiri durur" |
"Ramil Səfərovun Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən əfv olunması tədqirəlayiq addımdır və bunu ürəkdən dəstəkləyirik. Beynəlxalq qurumların bu məsələyə təpki göstərməsinin isə heç bir əsası yoxdur".
Bu sözləri Belçika Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin ("BELKAD") başqanı Abbas Uçar Ramil Səfərovun əfv olunması ilə bağlı beynəlxalq təşkilatların narahatlığını şərh edərkən söylədi. "Hesab edirəm ki, məsələnin bu səviyyəyə gəlib çatmasında erməni lobbisinin təsiri var və onlar özlərini itirmiş vəziyyətdə hesab edirlər. Hazırda erməni lobbisi Avropada fəallaşıb və onlar siyasi dairələrə təsir edib, Azərbaycana qarşı təzyiqlərin olunmasına çalışırlar. Ancaq bu tipli açıqlama və bəyanatlar söz olaraq qalacaq. Bunun Azərbaycana təsir mexanizmi sıfra bərabərdir", - deyə A.Uçar qeyd etdi. Təşkiat sədri erməni terrorçu təşkilatlarının ötən əsrdə türk dünyasının tanınmış siyasi-ictimai xadimlərini qətlə yetirirək cəzalarını tam çəkməmiş azadlığa çıxdıqlarını da diqqətə çatdırdı: "Bu Avropa və Amerikanın yaxın tarixində baş verən bir gerçəkliyidir. Bundan heç kim qaça bilməz. Onu da qeyd edim ki, bu gün Avropa Birliyini enerji və strateji faktorlar maraqlandırır. Ona görə də Ermənistan və erməni lobbisinin bu məsələ ilə bağlı Azərbaycan əleyhinə apardığı anti-təbliğatın heç bir əhəmiyyəti yoxdur". Elnur Eltürk Geri dön |