Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”

Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”


“Sarkisyanın hədələri onun terrorçu mahiyyətini göstərir”

Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”


Azərbaycan bayrağını və xalqını təhqir edən erməni zabiti Qurgen Marqaryanı öldürdüyünə görə Macarıstanda 8 il həbs cəzası çəkmiş azərbaycanlı leytenant Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv olunaraq mayor rütbəsi ilə təltif edilməsindən sonra Ermənistan tətəfinin kəskin bəyanatarı və hətta hədələri də eşidilməyə başladı.
Ermənistan prezidetinin avqustun 31-də çağırdığı Təhlükəsizlik Şurasının iclasının detalları məlum olamsa da, Ermənistan mətbuatında prezidentin əmri ilə Azərbaycana və hətta birbaşa Ramil Səfərova qarşı ən radikal addımlar atılacağı barədə məlumatlar dərc olunur. Ermənistan və həmçinin Rusiya mətbuatında gedən yazılardan məlum olur ki, erməni diasporu və ASALA terror təşkilatı ilə əlaqəli mühüm şəxslərinin də qatıldığı Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan diplomatlarına qarşı fəlaiyyət göstərdikləri ölkələrdə sui-qəsd təşkil etməklə basqı yaratmaq, Azərbaycanın internet məkanında mühüm xəbər portallarına və dövlət qurumlarının saytlarına hücum etmək, cəbhə xəttində gərginlik yaratmaqla Azərbaycanı müharibə ilə qorxutmaq, eyni zamanda əsgər ölümləri ilə Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmaq, ən önəmlisi isə mayor Ramil Səfərova qarşı sui-qəsd gerçəkləşdirmək qərara alınıb.
Bu məsələrlə bağlı Sarqsyanın ciddi təlimatlar verdiyi və terror planlarının həyata keçirilməsi üçün xusui qrupların da yaradıldığı deyilir. Bütün bu məqamlar Sarqsyan və digər erməni siyasilərin sərt bəyanatlarında da öz əksini tapır. Görünür ki, yaxın zamanlarda, Ermənistan rpezidenti hətta utanmadan Ramil Səfərovun başına pul qoyduğunu da bəyan edəb bilər.
Məsələ ilə bağlı “Üç nöqtə” yə danışan Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatın Partiyasının (MDHP) sədri Fərəc Quliyev hesab edir ki, terror törətmək və bu tip vasitələrlə hədə-qorxu gəlmək Ermənistanın mahiyyətinə aid olan bir adət kimi başa düşülməlidir.
“Macarıstandakı səfirimiz Vilayət Quliyevin də, ölkəmizin digər rəsmilərinin də cavabları məni tam qane etdi və bizə qarşı ünvanlanan bütün təzyiq xarakterli sorğuların cavabını verdi. Ramil Səfərovun ekstradisiyası tam hüquqi yolla baş tutub. Erməni diapsoru və cinayətkar prezidenti nə qədər qalmaqal qaldırsalar da, Azəraycan diplomatiyasının qalib gəldiyini deməyə əsasımız var. Sarqsyanın hədələri isə onun terroçu mahiyyətini göstərir. Bunu anlamaq da, Qərb siyasətçiləri üçün o qədər çətin olmamalıdır. Onlar qatı cinayətkarın, uşaq və qadın qatilinin əlini sıxdıqları halda, öz ölkəsinin şərəf və ləyaqətini qoruyan bir zabiti cinayətkar adlandırırlarsa, bunun özü birinci növbədə ədalətsizlikdir”, - deyə millət vəkili söylədi.
Fərəc Quliyev qeyd etdi ki, Ermənistanın terror hədələrini o qədər də ciddi hesab etmir: “Sadəcə diplomatiyamızın qələbəsini həzm edə bilmirlər. Azərbaycanın ordusu da, təhlükəsizlik qüvvəıləri də istəniləne rməni təxribatının qarşısını almağa hazırdır. Onlar Ramil Səfərova heç nə edə bilməyəcəklər. Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin oldun”.
O, sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Ramil Səfərova mayor rütbəsi verilməsini də ironiya ilə qarşılanmasına da töxundu: “Ramil Səfərov əls əsgər kimi davrandı. O, bizim hamımıza görə səkkiz il həbsdə yatdı. Həm də, pis hərbçi olsaydı, beynəlxalq təlimlərə göndərilməzdi. Mayor rütbəsinin verilməsində heç bir anormal hal axtarmağa dəyməz. Hətta ona general rütbəsi verilsəydi belə mən təəccüblənməzdim. Ramil Səfərov nümunə ola biləcək hərbçidir”.

Rüfət "Üç Nöqtə" qəzeti.

Geri dön