Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib
Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib |
Gürcüstanın Borçalı vilayətinin Marneuli şəhərində "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin (GAİM) təşkilatçılığı ilə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii tədbir keçirilib. Tədbirdə dahi Azərbaycan mütəffəkiri, şairi Nizami Gəncəvinin eləcədə görkəmli gürcü şairi və yazarı Şota Rustavelinin əsərlərindən parçalar təqdim olunub.
Tədbiri giriş sözü ilə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin idarə heyyətinin sədri Murad Muradov aşıb. Sonra mərkəzin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Fatma Əliyeva və Gürcü dili və Ədəbiyyat müəlliməsi Leyla Babayeva çıxışlar edərək gürcü və azərbaycan dilində ədiblərin həyat və yaradıcılıqları haqda tədbir iştirakçılarına məlumat veriblər. Bədii tədbirin davamında mərkəzin gəncləri Gürcü və Azərbaycan dillərində iki dahi şəxsiyyətin əsərlərindən parçalar səsləndiriblər. Tədbirdə Azərbaycanlı ziyalılarla yanaşı Gürcü ictimaiət nümayəndələri də iştirak ediblər. Gürcüstanda ilin müəllimi seçilmiş Giorgi Caucidze və professor Mahmud Kamal oğlu çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda Müslüm Maqomayevin baş rolda çəkildiyi "Nizami" filmindən fraqmentlər nümayiş olunub, onun ifasında "Sənsiz" romansı tamaşaçıların diqqətinə çatdırılıb. Qeyd edək ki, "Sənsiz" romansının bəstəkarı dahi Üzeyir Hacıbəyova, sözləri isə Nizami Gəncəviyə məxsusdur. Tədbirin sonunda mərkəzin bir qrup müəllim və şagirdləri Marneulidə "The-House" mərkəzinin önündə Nizami Gəncəvi və Şota Rustaveliyə qoyulan abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar. DAVAM.AZ Tiflis (Gürcüstan) Geri dön |