Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xədicə İsmayıl kimilər sabah Mübariz İbrahimovu terrorçu adlandıracaqlar.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Xədicə İsmayıl kimilər sabah Mübariz İbrahimovu terrorçu adlandıracaqlar.

Xədicə İsmayıl kimilər sabah Mübariz İbrahimovu terrorçu adlandıracaqlar.


Nicat CƏMİLZADƏ

Hər bir təşkilatın rəhbərliyi mükəmməl planlar və strategiyalar hazırlaya, optimal strukturlar yarada, informasiyanın ötürülməsi və işlənməsi üçün effektiv sistem qura, təşkilatda ən müasir avadanlıq və texnologiyalardan istifadə edə bilər. Lakin təşkilatın üzvləri lazımi səviyyədə işləməsə, öz öhdəliklərini yerinə yetirməsə kollektivdə özünü lazımi qaydada aparmasa və nəhayət öz işi ilə təşkilatın məqsəd və missiyasını uzlaşdıra bilməsə bütün qeyd edilənlərin heç bir səmərəsi olmayacaqdır.

Xədicə İsmayıl da, təşkilat adına zərər gətirənlərdən biridir. Bütün fikirlərə toxunmamışdan öncə bildirim ki, mənim üçün Müsavat Partiyası 1911-ci ildə yaranıb, 1936-ci ilə kimi fəaliyyətdə olan idi. Bu partiyanı yaradanda M.Ə.Rəsulzadə deməmişdi ki, bizim bayrağı təhqir edən şəxsi öldürən “cani” adlandırılmalıdır. Xatırladım ki, Musavat-bərabərlik deməkdir, pərakəndəlik yox! Bugünkü Musavat öz maraqlarına xidmət edir, lakin 1911-ci ildə yaradılan Musavatsa xalqın milli maraqlarına xidmət edirdi. Bugünkü Musavatın varlığı M.Ə.Rəsulzadənin ruhuna bir hörmətsizlik kimi qiymətləndirirəm. Bu gün Ramil Səfərova qarşı “cani” deyən Xədicə İsmayıl kimilər sabah Mübariz İbrahimovu terrorçu adlandıracaqlar. Təbii, o da doğrudur ki, Ramil Səfərovun etdiyi bu qəhrəmanlığı Xədicə İsmayıl kimi düşüncədə olanlar etməzdilər. Xədicə İsmayıla belə bir sual ünvanlamaq istərdim:

Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

-Azadlıq məfhumu insanlara görə dəyişir, mənə görə azadlıq başqalarının haqqına hörmətlə yanaşmaqdır. Mən, Xədicə İsmayılı insanların müasibi adlandırıram. Və buna kinayə ilə gülürəm. İnsanların qazancları haqqında araşdırmalar aparıb hay-küy salmaqdansa, Qaradağlı, Xocalı kimi soyqırımların törədilməsində əlləri olan şəxsləri araşdırıb, “cani” adlandırsın!

Pul insanın davranışını dəyişir. Öz qürurunu, mənliyini itirmiş insanın Ramil Səfərov haqqında dedikləri sadəcə bir satılmış, vətən xaininin dediyindən başqa heç nə deyil!

Vətənimin milli rəmzlərinə, Şəhidlərinə, canlı qəhrəmanlarına söz gətirən hər bir şəxsi sadəcə satılmış adlandırıram.

Geri dön