Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda ilk dəfə 3D formatlı cihazla əməliyyat Tibb Universitetində aparılıb
Azərbaycanda ilk dəfə 3D formatlı cihazla əməliyyat Tibb Universitetində aparılıb |
Ölkəmizdə ən modern texnologiya əsasında unikal tibbi əməliyyatların icra olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti ilkə imza atılıb.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, klinikada ölkəmizdə ilk dəfə olaraq 3D+ laparoskopik ginekoloji əməliyyat icra edilib. Cərrahiyyə əməliyyatı klinikanın II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası tərəfindən uğurla icra olunub. 3D+ formatlı kameranın yaratdığı komfortlu görüntüyə görə əməliyyat gözlənilən müddətdən daha erkən və uğurla başa çatıb. Beləliklə, klinikanın həkimləri növbəti dəfə innovativ təchizatdan istifadə edərək müasir əməliyyat icra ediblər. Üçölçülü təsvirin əsas üstünlüyü ondadır ki, bu zaman həkim daxili orqanları olduğu kimi görüb daha düzgün qərar verə bilir. Orqanlar arasındakı məsafə, onların bir-birinə nisbətən yerləşməsi, dərinliyi – hər bir şey insan gözünün gördüyü kimi əks olunur. Çünki insan gözü istənilən obyekti iki rakursdan müşahidə edib birləşdirir və beyinə ötürür. Beləliklə 3D təsvir yaranır. Yeni cihaz məhz bu cür üçformatlı aydın təsvir yaradır. Kiçik dəlikdən içəri yeridilən 3D formatlı kameranın köməyi ilə qarın boşluğunun içi tam gözlə görünən formatda əks olunur. Bu da həkimə imkan verir ki, əməliyyatı daha dəqiq yerinə yetirsin. Sanki həkim açıq əməliyyat yerinə yetirir, amma burada insan gözünün və beyninin işini cihazlar yerinə yetirir. 3D+ laparoskopik aparatı kameralar və optik linza sistemindən ibarətdir. Bu cihaz xəstənin daxilindəki təsvirləri 3D monitora ötürür. 3D eynəkləri isə monitordakı təsviri həcmli şəkildə görməyə imkan verir. DAVAM.AZ Geri dön |