Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan şəhərlərində milli fəalların həbsi davam edir
Güney Azərbaycan şəhərlərində milli fəalların həbsi davam edir |
Tanınmış Güney Azərbaycanlı şair Əlirza (Dehdar) Qasimzadənin Makunun Hasın kəndində keçirilən Ad Günü mərasimində, iştirak edən mədəni fəallar ardıcıl tutuqlanır.
Məlumata görə, Əziz Omrani ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb, lakin o ETTELAAT idarəsinə getməkdən imtina edib. Ona növbəti telefon bağlantısında deyilib ki, əgər bir daha belə bir mərasimdə iştirak edərsə yaxalanacaqdır. Mərasim iştirakçılarından daha birisi, Tehran sakini İbrahim Fərroxi isə sentyabrın 2-də tutuqlanıb və Makunun ETTELAAT idarəsinə aparılıb. Həmçinin Şotun Şəhər Şurasının rəisi Hüseyn Həmzəlu mədəni zəmindəki fəaliyyətlərinə görə, avqustun 25-də tutuqlanıb və 1 həftə saxlanıldıqdan sonra sentyabrın 1-də azadlığa buraxılıb. Azərbaycanlı milli-mədəni fəal mühəndis Babək Möhsünnejad isə sentyabrın 4-ü (şəhrivərin 14-ü) Makunun mərkəzi dördyolunda yerləşən mağazasında tutuqlanıb və naməlum istiqamətə aparılıb. Maku sakini tanınmış azərbaycanlı şair Bəhmən Nəsirzadə də ETTELAAT idarəsinə çağırılıb. Məlumata görə, Nəsirzadə ETTELAAT və məhkəməyə müraciət etmədiyi üçün, onun məcburi cəlb dilməsi ilə bağlı göstəriş verilib. Geri dön |