Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > UEFA qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb
UEFA qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb |
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb.
Dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılıb. A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olub. Oyun 2:1 hesabı ilə APOEL komandasının xeyrinə başa çatıb. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşıb. Oyun Sevilyanın qələbəsi ilə bitib (2:5). Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” A qrupunda liderlik edir. APOEL və Qarabağ 4 xalla ikinci və üçüncü yerləri bölüşür, “Düdelanj” isə 3 xalla dördüncü yerdə qərarlaşıb. Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun bir görüşü artıq oynanılıb. F qrupunda yer alan “Arsenal” komandası ötən gün səfərdə Portuqaliyanın “Gimaraeş” komandası ilə 1:1 hesablı heç-heçə edib. UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda keçirilən digər oyunlar aşağıdakılardır. B qrupu: “Kopenhagen” (Danimarka) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:1 “Luqano” (İsveçrə) – “Malmö” (İsveç) - 0:0 Qrupdakı vəziyyət: “Kopenhagen” - 6, “Dinamo”- 6, “Malmö”- 5, “Luqano” – 2. C qrupu: “Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya) - 2:1 “Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:1. Qrupdakı vəziyyət: “Bazel” - 10, “Xetafe”- 6, “Krasnodar” - 6, “Trabzonspor” - 1. D qrupu: “Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya) – 0:2; LASK (Avstriya) - PSV (Hollandiya) – 4:1. Qrupdakı vəziyyət: “Sportinq” - 9, LASK - 7, PSV – 7, “Rusenborq” – 0. E qrupu: “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) - 1:2; ÇFR (Rumıniya) – “Renn” (Fransa) – 1:0. Qrupdakı vəziyyət: “Seltik” - 10, ÇFR - 9, “Latsio” - 3, “Renn” - 1. F qrupu: “Standard Liq” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:1. Qrupdakı vəziyyət: “Arsenal” – 10 (4 oyun), “Standard” - 6, “Ayntraxt” - 6, “Gimaraynş” – 1 (4 oyun). G qrupu: “Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1; “Reyncers” (Şotlandiya) – “Portu” (Portuqaliya) - 2:0. Qrupdakı vəziyyət: “Yanq Boyz” - 7, “Reyncers” - 7, “Portu” - 4, “Feyenoord” - 4. H qrupu: “Espanyol” (İspaniya)) – “Lüdoqorets” (Bolqarıstan) – 6:0; “Ferentsvaroş” (Macarıstan) - MOİK (Moskva, Rusiya) – 0:0. Qrupdakı vəziyyət: “Espanyol”- 10, “Lüdoqorets”- 6, “Ferentsvaroş” - 5, MOİK – 1. I qrupu: “Volfsburq” (Almaniya) – “Gent” (Belçika) - 1:3; “Aleksandriya” (Ukrayna) – “Sent-Etyen” (Fransa) - 2:2. Qrupdakı vəziyyət: “Gent” - 8, “Volfsburq” – 5, “Sent-Etyen” - 3, “Aleksandriya” - 3. J qrupu: “Borussiya” (Mönxenqladbax, Almaniya) – “Roma” (İtaliya) - 2:1; “Volfsberq” (Avstriya) – “Başakşehir” (Türkiyə) - 0:3. Qrupdakı vəziyyət: “Başakşehir” – 7, “Borussiya” – 5, “Roma” - 5, “Volfsberq”- 4. K qrupu: “Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 3:1; “Vulverhempton” (İngiltərə) – “Slovan” (Bratislava, Slovakiya) - 1:0. Qrupdakı vəziyyət: “Braqa” - 10, “Vulverhempton” - 9, “Slovan”- 4, “Beşiktaş” - 0. L qrupu: “Astana” (Qazaxıstan) – “AZ Alkmar” (Hollandiya) - 0:5; “Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya) - 3:0. Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 10, “AZ Alkmar” - 8, “Partizan” - 4, “Astana” - 0. DAVAM.AZ Geri dön |