Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Dövlət Bayrağı Günü ilə əlaqədar Haaqada Niderland və Belçikadakı soydaşlarımız bir araya gəlib
Dövlət Bayrağı Günü ilə əlaqədar Haaqada Niderland və Belçikadakı soydaşlarımız bir araya gəlib |
Niderland Krallığında Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası və Azərbaycanın Niderlanddakı səfirliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Səfirliyin binasında keçirilən tədbirdə Niderlandda və Belçikada yaşayan soydaşlarımız, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirlik nümayəndələri iştirak ediblər.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Dövlət Bayrağı Günü münasibətilə bu ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirib. Tədbirdə soydaşlarımızla yanaşı, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirliklərin nümayəndələri də iştirak ediblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva tədbiri açaraq bildirib ki, bayraq qürur mənbəyimiz, hər bir dövlətin rəmzidir. O deyib: “Qürurla daşıdığımız üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-na təsadüf edir. 101 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib." Xaricdə yaşayan hər bir azərbaycanlının evində ən azı bir bayrağımızın olduğunu deyən M.Ağamirzəyeva bildirib ki, bu bayraqlar övladlarımızın milli ruhda tərbiyə edilməsi, Vətənini sevməsi, dövlət atributumuzun daşıdığı rənglərin öyrədilməsi ilə yanaşı, lazım gəldikdə doğma Azərbaycanın haqq səsinin yaşadıqları ölkələrdə duyulması üçün keçirilən mitinqlərdə, yürüşlərdə istifadə olunur. Hamımızın ən böyük arzusu bu gün Cocuq Mərcanlıda dalğalanan bayrağımızın Qarabağda ucalmasıdır. Buna inanırıq ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!”. Sonra çıxış edən Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Selcan Verdiyeva deyib: "Bizim bayrağımızın çox önəmli bir prinsipi var. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin sözləri ilə desək, biz türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli bir xalqıq. Bayrağımızdakı rənglərin tərənnüm etdiyi prinsiplər 1918-ci ildə xüsusilə çox önəmli idi. Çünki o dövrdə qurulan gənc respublika müsəlman Şərqində, ümumiyyətlə, türk-İslam dünyasında ilk demokratik cümhuriyyət, dünyəvi dövlət idi. Üçrəngli bayrağımız da o dövrdə bənzəri olmayan, müasir ideyalara əsaslanan bir dövləti xarakterizə edirdi". S.Verdiyeva qeyd edib ki, həmin dövrdən 101 il keçməsinə və bu dövrün 70-dən çox hissəsini sovet imperiyasının əsarəti altında olmağımıza baxmayaraq, bayrağımızın tərənnüm etdiyi prinsiplər xalqımız tərəfindən unudulmayıb və yaşadılır. Xüsusilə xaricdəki həmvətənlərimiz hər məqamda türk qanını, İslam imanını və müasirliyimizi yaşadıqları ölkələrdə tərənnüm edirlər, bayrağımızın ideyalarına uyğun layiqli gənclər yetişdirirlər. Müvəqqəti işlər vəkili çıxışını M.Ə.Rəsulzadənin məşhur sözləri ilə bitirib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və digər təşkilat rəhbəri Sima Cəfərova çıxış ediblər. Tədbir bayraq haqqında sənədli filmin nümayişi və “Odlar Yurdu” Niderland-Azərbaycan təşkilatının sədri Firəngiz Bağırovanın, gənc müğənnilər Sadıx Ağamalıyev və Nicatın konsert proqramı ilə başa çatıb. DAVAM.AZ “Avropa Bürosu” Geri dön |