Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Turan yolunda
Turan yolunda |
yaxud Türk Zirvəsi
Türklər yenə zirvədə toplaşdı. Əslində, burada təəccüblü heç bir şey yoxdur. Zirvəyə layiq olanlar zatən həmişə zirvədə toplaşmalıdırlar. Amma nə qədər normal olsa da, bu hadisə özlüyündə bəzi hadisələrin xəbərçisi, bir hadisənin nəticəsidir. Sizə də maraqlı deyil, türklər niyə toplaşdılar? Sözsüz ki, bu toplantıların böyük əhəmiyyəti var. Eyni qanı daşıyan, eyni dildə danışan xalqların uzun müddətdən sonra birləşməyin əhəmiyyətini anlaması təqdirəlayiq haldır. Amma ola bilməz ki, zaman və məkan subyektlərin qərarında heç bir rol oynamasın. Diqqətlə fikir verin, türklər nə vaxt toplaşdılar? “Canavar” kimin canına varır? Çində uyğurların yerli xalqla, Türkiyədə anadolu türklərinin kürdlərlə, İranda cənubi Azərbaycan türklərinin farslarla, İraqdakı kərkük türklərinin başının dərddə olduğu məqamda. Demək ki, bu toplantıda iştirak edənlər bunun fərqindədirlər və bu toplantılarla nəyəsə işarə vermək istəyirlər. Özbəkistan və Türkmənistanın bu toplantıya qatılmamaqlarının səbəbi də bunun fərqində olmaqlarıdır. Özbəklərin başqa bir türk milləti olan Mesxet türkləri ilə qarşıdurmaları olmaqla bərabər, Çinlə çox ciddi iqtisadi əlaqələri var. Özbəkistan Çindən iqtisadi cəhətdən asılı olduqca türk birliyinə heç bir zaman qoşulmaz. Türkmənistan isə anlayır ki, türk birliyinə “hə” dediyi an Xəzərin statusuna dair mövqeyindən əl çəkməlidir ki, bu da rəsmi Daşkəndin fikrincə ədalətsizlikdir. Bu birliyə mane olmaq istəyən böyük qüvvələr Özbəkistanda Cəlalabad hadisələrini təşkil etməklə özbəkləri digər türklərdən ayırmaq niyyəti güdürdülər ki, buna da qismən nail oldular. Çin, İran, Rusiya və Fransa, Almaniya Böyük Britaniya kimi Avropa ölkələri, ABŞ və İsrail türk birliyini heç vaxt istəməz. Çin uyğur və monqollardan, İran Cənubi Azərbaycan türklərindən, Almaniya “almançı” türklərdən, Fransa isə Türkiyə dövlətindən çəkinirsə, Rusiya türklərin birləşəcəyi təqdirdə parçalanıb çilik-çilik olmaq təhlükəsiylə üz-üzədir. Sözsüz ki, Rusiyanın və İranın Cənubi Qafqaz siyasəti, Çinin daxili və xarici siyasəti, Fransanın anti-türk mövqeyi buna görə belə istiqamətlənib. Böyük Britaniya, İsrail və ABŞ isə... Anqlosakson dövlətlərinin hər ikisi gözəl anlayırlar ki, türk birliyi nə vaxtsa ərəbləri də öz ağuşuna alacaq. Türklər və ərəblər arasında dini, mədəni və tarixi bağlılıq onların birliyini mümkün edir və dünyada vahid türk birliyi kimi potensial lider qüvvəni qoyub heç bir ərəb, ingilis, amerikan qüvvəsinə sığınmaz. Bu, sözügedən qüvvələr üçün rəsmi iflas deməkdir. İsrail isə türk-ərəb birliyinin baş tutacağı halda taleyin ümidinə qalar. Qurda kim qapan qurar? Türk qüvvə olandan bu günə qədər onu başqa bir türkə qarşı qoymaq siyasətindən istifadə olunub. Qədim Çindən tutmuş, Kiyev Rus Knyazlığı, Ərəb Xilafəti, Bizans, Qədim Roma İmperiyası, Venesiya krallığı, Britaniya krallığı, Fransa, daha sonra Rusiya, İran və s. qüvvələr türkü türkə qarşı qaldırmaqla özlərinin varlığını qorumağa çalışıblar. Və çox zaman bunu bacarıblar. Türklərə qarşı istər daxili, istərsə də, xarici siyasətdə çox qapanlar qurulub. Türkiyə, Quzey və Güney Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Urumçi vilayəti bunları hələ də yaşayırlar. Türkiyənin daxilindəki PKK yarası, Quzey Azərbaycanın Qarabağ problemi, Cənubi Azərbaycanda fars zülmü, Qazaxıstanda etnik problem, Qırğızıstanda siyasi, Özbəkistan və Urumçidə etnik münaqişələr iri qüvvələr tərəfindən yaradılıb böyüdülür ki, “Qurdlar şəhərə enməsinlər”. Amma son dövrlərdə türtdilli ölkələrin bir-birinə yanaşması ondan xəbər verir ki, tezliklə “ qorxan gözə çöp düşəcək”. Rusiya bunu görürdü deyə Nabukkoya mane olmaq üçün hər şey elədilər. Qazaxıstan və Türmənistanla qaz nəqli üçün razılaşmağa çalışdılar. Cənub Axını layihəsi təklif etdilər, ən sonunda isə Avrasiya bloku yaratdı ki, bu blok da Almata zirvəsində türkləri yarımçıq təmsil olunmasının əsas səbəbi idi. Amma artıq bozqurdlar ayılıb. Tanrı zalımları bozqurdun qəzəbindən qorusun! P.S. Dostum Xanəmir Telmanoğlunun kitabından oxumuşam. Sən demə, bozqurd termininin heyvanla heç bir ilgisi yox imiş. Qədim türkcədə“Bozqurd” və “Canavar” sinonim olub göyə ucalmağı simvolizə edirmiş. Bilmədiyimiz nə qədər çox şey var imiş, deyilmi? Geri dön |