Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham Əliyev: -Ramil Səfərovun əfv olunması qanunlara uyğun idi”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > İlham Əliyev: -Ramil Səfərovun əfv olunması qanunlara uyğun idi”

İlham Əliyev: -Ramil Səfərovun əfv olunması qanunlara uyğun idi”


İlham Əliyev
"Ermənistan tərəfi Ramil Səfərovun əfv olunması ilə bağlı hay-küy qaldırıb."

Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, R.Səfərovun Azərbaycana ekstradisiyası Avropa Konvensiyasına, əfv olunması isə Azərbaycan qanunlarına uyğun idi:
“Kim deyir ki, bu məsələdə qanun pozulub, o, reallığı bilmir. Ermənistan sülh danışıqlarında status-kvonu saxlamaq istəyir. Ona görə də bu məsələdən istifadə edir”.
Prezident xatırladıb ki, Parisin Orli aeroportunda avropalı və ABŞ vətəndaşlarının ölməsi ilə nəticələnən terror aktının iştirakçısı olan erməni Ermənistan vətəndaşı olmaya-olmaya bu ölkəyə ekstradisiya edilmiş, əfv olunmuş və qəhrəman səviyyəsinə yüksəldilmişdi.
“Mən bizim zabiti həmin terrorçularla müqayisə etmək istəmirəm. Amma Ramil Səfərov 9 ilə yaxın öz cəzasını çəkib. Onun azad olunması qanunlara uyğun idi” - deyə, Prezident qeyd edib.

Emil Quliyev
Gün.Az

Geri dön