Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türk həmrəyliyinin başlandığı yer I HİSSƏ
Türk həmrəyliyinin başlandığı yer I HİSSƏ |
“VI-XVII əsr Türk tarixinin ən qızıl səhifələridir, çünki dünyanı dörd nəhəng Türk İmperiyası idarə edirdi; Osmanlı, Səfəvilər, Şeybanilər və Moğollar İmperatorluğu” “Qazax Türklərinin bizim sağ qalmağımızda, bu gün Qazaxıstan cəmiyyətinə inteqrasiya olunmağımızda, Türkçülük sahəsində dirçəlişə nail olmağımızda çox böyük rolu var” “Turan” səhifəsinin qonağı Türk Xalqları Ümumdünya Assambleyasının (TXÜA) I vitse-prezidenti akademik Yəhya Yusif Caniyardır: -Yəhya bəy, sizin türkçü kimliyiniz və ümumiyyətlə türkçülüklə bağlı düşüncələrinizi almaq istərdik. -Əvvəlcə sizə və sizin təmsil etdiyiniz qəzetin heyətinə, Fərəc bəy başda olmaqla öz minnətdarlığımı bildirirəm. Mənim milli azadlıq hərəkatının liderlərindən biri kimi Fərəc bəyə böyük rəğbət və hörmətim var. Qaldı ki, bəhs etdiyiniz mövzuya, türkçülük geniş anlamdır. Bu haqda biz həmişə danışmalı, həmişə düşünməli və böyük əmək sərf etməliyik ki, Türk Birliyi sözdə yox, reallıqda öz əksini tapsın. Taleyim elə gətirib ki, mən özüm Turançı ailəsində doğulmuşam, Azərbaycan türklərinin Şahsevən tayfasının Səfəvi zümrəsinin Canıyavər nəslinə aidəm. Və məhz bu nəslimizə görə də amansız repressiyaya məruz qalmışıq. 1937-ci ildə bizim nəsildən altı nəfər güllələnib, babam, əmim, beş dayım, yaxın əqrəbalarım. Və o zaman atam Yusif ən kiçik əmimlə Qazaxıstana sürgün olunub. Sürgün həyatı dövründə də atam-anam yeddi övladdan beşini itirmişdir. Biz Qazaxıstanda boya-başa çatmışıq. Yadımdadır, mən yeddinci sinifdə oxuyanda atam bizi bir yerə yığdı və sandığı açıb oradan indiki üçrəngli Azərbaycan bayrağını çıxardı. Bildirdi ki, bu, bizim milli bayrağımızdır. Xruşşovun hakimiyyətə gəldiyi dövr idi və demək olar, bir az aşkarlıq var idi. Mən dedim ki, “Ata, bizim bayraq belə deyil, mənim məktəbdə, yollarda gördüyüm bayraq bu deyil, axı”. Atam cavabımda: ”yox, oğul, bizim əsl bayraq budur!”. Həmin bayraq hal-hazırda mənim böyük qardaşım Cəlilin evindədir, mən onu ondan alıb Bakıya, Bayraq Meydanına gətirmək istəyirəm Cəlilsə hələlik buna razılıq vermir. Deyir ki, “bu bayraq ömür boyu bizdə, bizim nəsildə olub, bizim nəsillə də getməlidir. Əgər sən bunu aparsan biz Qazaxıstanda bayraqsız qalarıq”. Təsəvvür edirsizmi, sürgünə gedən ata-babalarımız Azərbaycandan sürgün olunmalarına, amansız repressiyaya məruz qalmalarına baxmayaraq, özləri ilə bizim dövlətçiliyimizin ən böyük rəmzi, millətimizin ən böyük nişanəsi bayrağı aparmağa belə qadir olublar. Bu, bizim ailənin fonunda, bizim millətin faciəsidir və üç yüz mindən artıq Azərbaycan Türklərinə qarşı olunan repressiyadır. Yüz əlli min Azərbaycan türkü Qazaxıstana sürgün olunmuşdur. Onların yarısı soyuqdan, aclıqdan, komendant üslübü zülmlərdən dünyasını dəyişmiş, yarısı da sağ qalaraq törəyib-artmışdır. İndi ordakı azərbaycanlıların sayı, sürgün olunanların Azərbaycan türklərinin sayı qədər olmuş, üç yüz minə yaxındır, Orta Asiya respublikalarında Özbəkistanı da götürsək, Türkmənistan və Qırğızıstanı da əlavə etsək, beş yüz mindən artıq Azərbaycan türkü yaşayır. Yəni o vaxt, qazax Türklərinin bizim sağ qalmağımızda, bizim bu gün Qazaxıstan cəmiyyətinə inteqrasiya olunmağımızda, Türkçülük sahəsində dirçəlişə nail olmağımızda çox böyük rolu var. Atam söhbət edərdi ki, “ilk dəfə sürgün olunanlarla dolu qatar karvanları Qazaxıstanın sərhəddinə daxil olanda hər stansiyada, hər dayanacaqda bizə yaxınlaşıb maraqlanırdılar. Sual edirdilər, “siz kimsiniz ki, diliniz bizim dilimizə bu qədər oxşayır? Dininiz də İslam dinidir?!”. Və beləcə qazax türkləri doğmalaşıb özlərinin ən yaxın, ən doğma insanları olduğumuzu, bir millətə mənsub olduğumuzu bilərək bizə misilsiz yardım göstərmiş, aclıqdan, susuzluqdan, xəstəliklərdən qorumuşlar. Düzdür, yarı sayımız dünyasını dəyişməmizə baxmayaraq məhz qazax türklərinin səyi nəticəsində o biri yarımız sağ qalmışdır. Əks təqdirdə, Sibiryaya sürgün olunan yüz minə yaxın azərbaycanlıların taleyi bizi də gözləyirdi ki, onlardan ümumiyyətlə heç kim sağ qalmayıb. Elə türkçülüyün həmrəyliyi də burdan başlanır. Bizim mədəniyyətimizin, sivilizasiyamızın inkişafında da bu həmrəylik böyük rol oynamışdır. Mən sizə bayrağı misal çəkdim. Bilirsiniz, bu qədər əziyyətin qarşısında Azərbaycan respublikasının, Türkçülüyün rəmzi ay-ulduzlu bayrağı göz bəbəyi kimi qoruyub-saxlayıblar. Qaldı ki, türkçülüyə, iyirmi-otuz il bundan əvvəl qazax türklərində türkçülüyün inkişaf etməyi haqda danışmaq çox sadəlövhlük olardı amma indi vəziyyət tamamilə dəyişilib. Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, ümumiyyətlə Orta Asiya türklərinin həyatında yeni bir mərhələ başlayıb. Onların çoxusu hazırda artıq öz mədəniyyətləri, türkçülüyə qayıdışları haqqında dərindən düşünürlər. Demək olar ki, doxsan faizi artıq türkçülük yolundadır. Türkçülük həmrəyliyini təbliğ edir və Türk dünyasının, Turanın tarixilə bağlı böyük-böyük işlər görürlər. -Yəhya bəy, çox təəssüflər ki, Turan ideyasının sadəcə xəyal olduğu yönündə fikirlər mövcuddur. Guya bu ideya sadəcə türkçü və millətçilərin uydurmasıdır və xəyal olaraq da qalacaq... -Bu iddia yeni deyil, həqiqətən də türk sözündən bəziləri çəkinir, qorxur və çalışırlar ki, Turan sözünün mənasını bir xülya kimi şərh etsinlər. Belə anlayışlar var; Yunan demokratiyası, Yunan imperiyası, qədim Roma mədəniyyəti, müqəddəs Bizans, müqəddəs Rusiya və s. Turan da eləcə. Böyük Turan anlayışına qarşı olaraq Böyük Ermənistan anlayışı irəli sürülüb. Üç-dörd milyondan ibarət olan bir millət heç vaxt boyük ola bilməz, dörd mlndan artıq olan Turan isə mövcuddur, real anlayışdır, 26 mln.kv.km-dən ibarət olan Sakit Okeandan Atlantik Okeana qədər ulu babalarımızın, dədələrimizin köç etdiyi yaylaq-qışlaq anlayışında bu yerlərin hamısını əhatə edib yaşamaq Turan adlanır. Bu anlayış orta əsrlərdən mövcud idi. Çin, İran, Slavyan, Turan, Yunan, Roma anlayışları. Hələ o vaxt bu normal qəbul edilirdi. Bilirsiz ki, VI-XVII əsr Türk tarixinin ən qızıl səhifələridir, çünki dünyanı dörd nəhəng Türk İmperiyası idarə edirdi; Osmanlı, Səfəvilər, Şeybanilər və Moğollar İmperatorluğu. Onları bir-biri ilə vuruşduraraq; Şah İsmayıl Xətayi ilə Səlim babamız münaqişəsi, Sultan Bəyazidlə Teymurləng babamızın çəkişməsi və s. ona gətirib çıxardı ki, biz bu mövqeləri əldən verdik. Çünki mövqe olan yerdə mövqe ola bilməz. Ona qarşı əks mövqe irəli sürülə bilər. Yəni, dünya buna alternativ parçalanma siyasətini həyata keçirərək o imperiyaları dağıtmağa nail oldu. Və Turan bütün tarixşünaslıqda, Çin Xalq respublikasında, Tehranda da və digər yerlərin mənbələrində (İstambulu, Ankaranı nəzərdə tutmuram, elə onlarda da) Turan olaraq qeyd olunub. Orada nə Azərbaycan, nə Qazaxıstan sözü var. Biz bilirik ki, Türküstan anlayışı 1926-cı ilə qədər Xəzər dənizindən Sakit Okeana qədər ərazini əhatə edən bir anlayış idi. Türküstan-yəni, türk dilində danışan xalqların yaşadıqları ərazi deməkdir. Turan-Türkistanın farslar tərəfindən qısaldılmış formasıdır. Farsların qəhrəmanları-Rüstəm Zal və digərləri kiminlə vuruşurdu? Turanla. Elə Şahnamənin özündə də Turan sözü işlənir. Orda çox maraqlı bir epizod var, şah Xosrov deyir ki, “mən Turan deyəndə Türküstanı nəzərdə tuturam”. Turan farsların, çinlilərin, rusların bizi adlandırdığı ərazidir, biz bunu özümüzdən götürməmişik. Böyük Turanın mənası ondan ibarətdir ki, bu ərazi 26 mln.kv.km-dən artıq olan bir ərazidir. Hamımız bilirik ki, İranda tarixən öz torpaqlarında yaşayan 35 mln. dan artıq Azərbaycan türkləri, 5 mln. Qazax türkləri, türkmənlər, qaşqarilər, qaşqaylar və s. 40 mln-dan artıq türk yaşayan bir ölkədə elə bil Turan sözündən qorxaraq Persiyanı, 1935-ci ildə Aryan adlandırmışdılar. Yəni Arilər ölkəsi, ar-ər tayfası da elə türk tayfasıdır, hazırda Altayda ərlər yaşayır, akasların yarısı elə ərlərdir. Farslar tarixi yaddaşı, tarixi posifikasiyanı həyata keçirərək Aryan adını, Ərlər ölkəsini İran adlandırmışlar. Pars sözünü götürərək guya bunlarda irqçilik, millətçilik olmadığını sübut etməyə çalışırlar. Amma nəticədə nə görürük? İki yüz əlli min erməninin orada iki ali, otuz səkkiz orta məktəbi, saysız-hesabsız məktəbəqədər müəssisəsələri var. İran anayasasının 61-ci maddəsində erməni xalqı İranda ikinci xalq kimi göstərilib. Geridə qalanlar azsaylı xalq kimi qeyd olunub. Orada yaşayan azərbaycanlı türkləri isə tayfa üzrə millətlərə bölünür; Şahsevən milləti, Qarapapaqlı milləti, Ağqoyunlu milləti və s. Görün bu nə qədər absurddur. İran burdakı azərbaycanlı türklərin sayını azaltmaq üçün Qaşqay türkləri, Şahsevən türkləri və s. deyə ayıraraq başqa bir millət kimi təqdim edir. - Bu ona gətirib çıxarmırmı ki, İran İslam dövləti deyil? Konkret olaraq, İranda İslam yoxdur. Axı, İslam dini bunların heç birini qəbul edəcək bir din deyil? - Qurani-Kərimin altmış səkkizinci surəsində belə deyilir; “Allah-Taala Quranı ərəb millətinə yox, Məhəmməd peyğəmbər Əleyhissalama göndərdi. Və Allah Quranı ona göndərəndə Məhəmmədin hansı millətdən olduğunu nəzərə almadı”. Ərəblərin İslam dinini özəlləşdirməyə heç bir hüquqi və fəlsəfi haqqları yoxdur. Söhbətləşdi: Nigar İsfəndiyarqızı Geri dön |