Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > "Ramilin hər məhkəmə çıxışında cəsarətini, vətənə sevgisini görmüşəm"
"Ramilin hər məhkəmə çıxışında cəsarətini, vətənə sevgisini görmüşəm" |
Qubad İbadoğlu vaxtilə məhkəməsində iştirak etdiyi Ramil Səfərov haqda danışdı
“Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində çalışarkən bir neçə dəfə Ramil Səfərovun məhkəməsini izləmək imkanım olub. O zamanlar məsələyə həm dövlət səviyyəsində, həm ictimai səviyyədə diqqət çox az idi. Bir sıra münasibətlər isə hətta bu işin gedişinə problemlər yaradırdı. O zaman Macarıstandakı Azərbaycan icmasının nümayəndələri tələbələri çıxmaq şərti ilə bu məsələyə soyuq yanaşırdılar. Buna baxmayaraq, Ramilin hər məhkəmə çıxışında cəsarətini, intellektual səviyyəsini, vətənə sevgisini görmüşəm. Onun Azərbaycana xidmətlə bağlı çox böyük potensialı var. Ramil bir zabit kimi Vətən üçün çox işlər görə bilər. Uzun illər o bu potensialını reallaşdıra bilməyib. Bu sahədə bacarıqlarını həyata keçirmək üçün onun həm ictimaiyyətdən, həm də dövlətdən dəstək görməsini arzulayıram. Bununla yanaşı, mən məsələnin siyasiləşdirilməsindən narahatam. Xüsusən sosial şəbəkələrdə duruma adekvat olmayan yanaşmalara heç bir lüzum yoxdur. Biz bu məsələyə birmənalı olaraq hələ başa çatmamış Qarabağ savaşı kontekstindən yanaşmalıyıq”. Bu sözləri öz açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyib. Q.İbadoğlunun fikrincə, məsələyə yalnız bu günün prizmasından yanaşaraq R.Səfərovun bu gün əldə etdiklərini sadalayıb şişirtmək baş verənlərə adekvat münasibət sayıla bilməz: “R.Səfərov Azərbaycana gətirilib, rütbə verilib, mükafatlandırılıb, bunlar gerçək olsa da şişirdilməməlidir. Çünki biz Ramilin 9 ilə yaxın bir zamanda keçirdiklərini - psixoloji, fiziki, siyasi təhdidləri, anasını itirməsini, həyatının məhsuldar dövrünün bir hissəsini qurban verməsini unutmamalıyıq. Olayın bircə motivi var - Qarabağ savaşı. Məhkəmə prosesində də məhz bu motiv davamlı olaraq vurğulanırdı. İndi hansısa qeyri-dəqiq informasiyalar yaymaq, məsələni bir tərəfdən həddən artıq şişirtmək, bir tərəfdən isə həddən artıq kiçiltmək doğru deyil. Bu məsələni siyasiləşdirməyə, çalarları həddən artıq tündləşdirməyə gərək yoxdur. Ramil bir Azərbaycan zabitidir. O, öz həyatını yaşamalıdır. Bu gün baş verənlər Ramil Səfərovun təhlükəsizliyi ilə bağlı da problemlər yaradır. Bu məsələ haqda ciddi düşünməyə ehtiyac var. Azərbaycan cəmiyyəti R.Səfərova layiq olduğu diqqəti ayırmalıdır”. HUMAY Geri dön |