Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Bakıda VI Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək |
Noyabrın 22-24-də növbəti VI Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümovun AZƏRTAC-a verdiyi məlumata görə, əsası 2014-cü ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən qoyulmuş bu treninqlər zamanı Azərbaycan, Rusiya və Orta Asiya ölkələrindən gəlmiş 100-dən çox həkim, rezident və tələbələr üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, ginekologiya, kardiopulmonar reanimasiya və lazer təbabəti üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treninqlər və vərdişlər kursu təşkil ediləcək. Treninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir avadanlıqlar, simulyatorlar və tibbi modellər üzərində aparılacaq. Bakı Beynəlxalq Tibbi Treninq Günlərində Azərbaycanın tanınmış professor və tibb mütəxəssisləri moderator, referent və ekspert qismində iştirak edəcəklər. Dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş iştirakçılara tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunulacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin canlı bilik və təcrübə mübadiləsi aparılacaqdır. Tədbir çərçivəsində müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilməsi, həmçinin müxtəlif həcmli cərrahi əməliyyatların canlı olaraq zala birbaşa translyasiyası ilə interaktiv müzakirələrin də aparılması nəzərdə tutulub. Tədbirin elmi müzakirələr və diskussiyaları, əməliyyatların canlı translyasiyası və treninqlər “Holliday İnn” otelində, ustad dərsləri isə müxtəlif klinikalarda keçiriləcək. Açılış mərasimi noyabrın 22-də “Holiday İnn” otelində keçiriləcək. Qeyd edək ki, VI Bakı Beynəlxalq Tibbi Treninq Günləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsili tədbiri olaraq akkreditasiya olunub. DAVAM.AZ Geri dön |