Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniya Lordlar Palatasının üzvü Ken Maginnis: “Ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam edir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Britaniya Lordlar Palatasının üzvü Ken Maginnis: “Ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam edir”

Britaniya Lordlar Palatasının üzvü Ken Maginnis: “Ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam edir”


Lord Laird: “Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var”

Lord Kilkluni: “Minsk Qrupunun bu həftəki bəyanatları onların sülh prosesində əsl neytral iştirakçı olmadığını göstərir”

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Ken Maginnis Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökümətinin aqresiv mövqeyinə münasibət bildirib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Ken Maginnis qeyd edib ki, həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır: “Ermənistan ordusunun zabitini qətlə yetirdiyi üçün həbs olunan və cəzasının 8 ilini çəkən Ramil Səfərovun bu yaxınlarda azadlığa buraxılması Ermənistanda və erməni diasporunda böyük incikliyə səbəb oldu. Bu həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır. Lakin, əlbəttə ki, ermənilər də qəbul etməlidir ki, bir zamanlar azərbaycanlılar və türklər də qətlə və terrorizmə görə məhkum olunmuş ermənilərin azadlığa buraxılması və ondan sonra əfv edilməsindən hiddətlənib. Paris hava limanında Türk Hava yollarına məxsus şöbəyə hücum kimi hadisələr türkiyəli və avropalı dinc vətəndaşların qətli ilə nəticələndi. Lakin, buna baxmayaraq, nə beynəlxalq ictimaiyyət, nə də Qərb mətbuatı məhkum olunmuş o terroristlərin azad edilməsini pisləyərək, gərginliyi artırmaq üçün fürsət axtardı”.

Ken Maginnis ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam etdiyini deyib: “Təmas xətti boyunca gərginlik həddən çox artıb. Mən hər iki tərəfi danışıq tonunu aşağı salmağa və qarşıdurmadan çəkinməyə çağırıram”.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Laird da eyni fikri bölüşür. O qeyd edib ki, erməni zabitini öldürdüyü üçün cəza çəkən Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda çox kəskin qarşılanıb: “Lakin Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var. Səfərovun azad olmasına cavab olaraq, onlar Dağlıq Qarabağ müharibəsinin yenidən alovlandırılması, Macarıstan ilə diplomatik münasibətlərin pozulması və Avropada yaşayan azərbaycanlıların öldürülməsi ilə hədələyir. Adəti üzrə, Səfərovun doğulduğu Cəbrayıl rayonunun son 20 ildə erməni işğalı altlında olması heç bir yerdə qeyd olunmur. Bütün regionda sülh Ermənistanın geri addım ataraq, yenidən özünü təmkinli aparmasından asılıdır.”

Lordlar Palatasının digər üzvü, Lord Kilkluni də məsələyə münasibət bildirib: “Erməni ordusunun zabitini qətlə yetirmiş Ramil SəfərovMacarıstandan Azərbaycana təhvil verildi və azadlığa buraxıldı. Erməniləri qıcıqlandırmış bu məsələyə o prizmadan baxmaq olar ki, ermənilər özləri illərlə xaricdə terror hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin ediblər. Ermənistan prezidenti Serj Sarkisyan sakitliyə çağırmaqdansa, müharibə ilə hədələyir. "Dondurulmuş" münaqişələrin tez bir zamanda necə alovlandığını görmüşük. Dağlıq Qarabağın işğalı zamanı müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki, yenidən açıq düşmənçiliyə qayıtmaq tərəflərin hər biri üçün dəhşətli ola bilər”.

Lord Kilkluni Belfast Sazişinin vasitəçisi kimi sülh prosesində əsl neytral iştirakçıların olmasının nə qədər mühüm olduğunu yaxşı bildiyini deyib: “Minsk Qrupunun bu həftəki bəyanatları göstərdi ki, onlar bu qəbildən deyil. Bu isə, gələcək üçün yaxşı ümidlər vermir”.

Geri dön