Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkdilli Dövlətlər əməkdaşlıqlarını gücləndirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Türkdilli Dövlətlər əməkdaşlıqlarını gücləndirir

Türkdilli Dövlətlər əməkdaşlıqlarını gücləndirir


Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə dövlətləri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığını möhkəmləndirmək istəyirlər. Bunu Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı “Liter”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu zəmində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində İşçi Şura yaradılacaq. Belə ki, İşçi Şuranın vəzifələrinə türk ölkələri arasında iqtisadi maneələrin aradan qaldırılması daxil olacaq: “Onun fəaliyyət sahəsinə türk dünyası dövlətlərinin konkret biznes layihələrinə baxılması daxil olacaq. Bu zəmində iqtisadi əlaqələrin inkişafı üçün heç bir baryer qalmayacaq. Həmçinin bu Şura bizim sahibkarlarımızı birləşdirəcək ki, onlar öz ideya və layihələri üzrə fikir mübadiləsi apara biləcəklər”.


Türkdilli dövlətlərin başçılarının İşçi Şura yaratmaq barədə Memorandumun imzalanmasının oktyabrın 20-21-də Almatıda keçiriləcək TDƏŞ sammitində planlaşdırıldığını deyən H. Akınçı sammit çərçivəsində Şuranın ilk iclasının keçiriləcəyini də vurğulayıb: “Artıq İşçi Şurada iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində işlənmək üçün təklif olunacaq konkret layihəmiz var. Layihə ölkələrimiz arasında malların nəqliyyat daşımalarına aiddir. Türk dövlətlərinin işgüzar əməkdaşlığı çərçivəsində nəqliyyat agentliyinin, türkdilli dövlətlərin Arbitraj Məhkəməsinin və xüsusi sığorta fondunun yaradılması məsələlərinin müzakirəsi də planlaşdırılır. Habelə iqtisadiyyatın ayrı-ayrı sahələrinin dəstəklənməsi üzrə xüsusi fondun yaradılması məsələsinə də baxılacaq”.


Onun sözlərinə görə, iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində türk dövlətləri arasında yaranan maneələrin və iqtisadi əməkdaşlıqdakı çətinliklərin nizamlanmasının yeni mexanizmlərinə baxılacağı ehtimal olunur: “İqtisadiyyat nazirlərinin görüşü TDƏŞ sammiti çərçivəsində də keçiriləcək. Lakin hələlik onun Astanada, yaxud Almatıda keçiriləcəyi dəqiqləşdirilməyib. Həmçinin TDƏŞ ölkələri İKT, BMT və digər beynəlxalq təşkilatlara da daxildirlər. Ona görə də, bizim təklif etdiyimiz layihələrə həmin strukturlarla qarşılıqlı fəaliyyətin, fəaliyyətimizin daha yaxşı əlaqələndirilməsi predmeti kimi baxılır”.

Geri dön