Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirilib

İranda Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirilib


İranın Qum şəhərində İslam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə “Azərbaycan Respublikasında İslami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” adlı konfrans keçirilib.

İran KİV-nə istinadən verdiyi məlumata görə, konfransda Qum Dini Hövzəsində təhsil alan İran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək, Azərbaycan Respublikasında islamofobiya siyasətinin olduğunu iddia edib, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəsini dəstəklədiklərini bildiriblər.
Tədbirin aparıcısı Ayətullahül-üzma Məhəmmədbaqir Təhriri çıxışında Azərbaycan dövlətini tənqid edərək, cəmiyyəti kütləvi itaətsizliyə çağırıb, orta məktəblərdə hicabdan istifadəyə qadağanı pisləyib: “Bu hərəkətlər İslam Əməkdaşlıq Təşkilatı üzvü olan bir ölkəyə yaraşan deyil və sona qədər davam edə bilməyəcək. Azərbaycan xalqı müsəlman-şiə dəyərlərinə etiqadda mübarizdir. Bu xalq kommunistlərin dövründə öz dinlərini qoruyub saxladı, azəri cavanlar indi də ilahi hökmlərə hörmətsizlik edilməsinə icazə verməyəcəklər”. M. Təhriri Azərbaycan İslam Partiyasının rəhbərlərinin həbsinə də diqqəti çəkib: “Bakı dövləti hicab qadağasını ləğv və hicab məhbuslarını azad etməlidir”.
Konfransda latın Amerikasından Salvador Müsəlmanlarının Rəhbəri Mustafa El-Salvadorlu, Konqo Ruhanilərindən Höccətul-İslam Zulkifl Konqoi və digərləri də Azərbaycanda, o cümlədən dünyada müsəlmanların qarşılaşdığı problemlər haqda danışıblar.
Konfransın sonunda qəbul olunan bəyanatda isə AİP rəhbərlərinin və dindarların Bakıda keçirilən aksiyaları zamanı həbs olunan şəxslərin azad olması tələb olunub.

Geri dön