Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qalereya 1969”da rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Qalereya 1969”da rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb

“Qalereya 1969”da rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb


“Qalereya 1969” sərgi salonunda Təbrizdən olan rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb. Açılışda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin Bakıda keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, budəfəki biennale Azərbaycanın Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunub. “Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək və bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar”.
Həmid Əminifarın əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu deyən Qalib Qasımov rəssamın sərgisinin ölkəmizdə ilk dəfə təşkil edildiyini vurğulayıb: “16 yaşından rəssamlıq sənətinə başlayan Həmid Əminifarın əsərlərində incəsənətin müxtəlif janrları öz əksini tapıb. Portret janrında çox maraqlı əsərləri var. Rəssamın sərgidə nümayiş olunan əsərləri xəttatlıq sənəti ilə müasir incəsənətin vəhdətini təşkil edir. Əsərləri ilə ənənəvi və müasir incəsənətin arasındakı dialoqu bizə çatdırır. Sərgilənən əsərlər “Qurani-Kərim”in müxtəlif ayələrindən, klassik şairlərin poeziyasından, şeirlərindən qaynaqlanır”.
Sonra rəssam Vədud Müəzzim sərgi barədə öz fikirlərini bölüşüb və rəssama yaradıcılıq uğurları arzulayıb. Sonda çıxış edən Həmid Əminifar təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə sərgisinin təşkilindən məmnunluğunu ifadə edib. Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

DAVAM.AZ

Geri dön