Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AGF 2020-ci ildə Bakıda keçiriləcək yarışlar üçün könüllülərin qeydiyyatını elan etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > AGF 2020-ci ildə Bakıda keçiriləcək yarışlar üçün könüllülərin qeydiyyatını elan etdi

AGF 2020-ci ildə Bakıda keçiriləcək yarışlar üçün könüllülərin qeydiyyatını elan etdi


Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün “Könüllülər Proqramı – 2020” könüllülərin qeydiyyatını elan edir.
AGF xəbər verir ki, könüllülər proqramına seçilən şəxslər gələn il paytaxtımızda keçiriləcək bir neçə beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar. Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır. AGF-nin təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir. Könüllülər 2020-ci ildə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku (15-16 fevral), idman Gimnastikası üzrə birinci AGF Junior Trophy beynəlxalq turniri (7-8 mart), idman gimnastikası üzrə dünya kuboku (12-15 mart), bədii gimnastika üzrə Yana Batırşina adına açıq turnir (17-19 aprel), bədii gimnastika üzrə dünya kuboku (24-26 aprel), aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışları (8-10 may) və dünya çempionatı (14-16 may), kişi idman gimnastika üzrə Avropa çempionatında (27-31 may), o cümlədən yerli yarışlarda könüllü qismində çalışmaq fürsətləri əldə edəcəklər.
“Könüllülər Proqramı-2020” layihəsinə qatılmaq istəyən şəxslər noyabrın 30-dək https://bit.ly/34u6KvG internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.

DAVAM.AZ

Geri dön