Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ardıc yarpaqlarından hazırlanan islatma xora, bədən keyiməsi və uyuşma zamanı faydalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ardıc yarpaqlarından hazırlanan islatma xora, bədən keyiməsi və uyuşma zamanı faydalıdır

Ardıc yarpaqlarından hazırlanan islatma xora, bədən keyiməsi və uyuşma zamanı faydalıdır


Ardıc meşəsi salınması ekoloji durumu yaxşılaşdırmaq üçün ən yaxşı vasitə hesab olunur. Dünya florasında onun 70-ə qədər növü yayılıb. Onların əksəriyyəti şimal yarımkürəsinin mülayim zonalarında, həmçinin Mərkəzi Amerikanın tropik dağlıq ərazilərində, Hindistan və Şərqi Afrikadadır.
Ölkəmizdə əsasən Boz dağın ətəklərində, Naxçıvan və Lerik meşələrində bitən ardıc ağacına dağ sərvi də deyirlər. Giləmeyvəsi adətən ikinci ildə yetişir və şirəli olur. Yaşıl rəngli meyvələri yetişəndə qaramtıl-göy rəngə çevrilir. Toxumları yumru, uzunsov və qonurumtul rəngdədir.
XII əsrdə yaşamış Məhəmməd Möminin 1669-cu ildə yazdığı “Töhfətül-möminin” əsərində qeyd edirdi ki, ardıc həlimi sidikqovucu təsirə malikdir, bəzi bağırsaq qurdlarına öldürücü təsir edir. Ardıc yarpaqlarından ovxalanaraq hazırlanılmış islatma xora, bədən keyiməsi və uyuşma zamanı xeyirlidir. Ovxalanmış meyvələrinin sirkə ilə məlhəmi saç tökülməsi zamanı faydalı təsir göstərir. Meyvələri və əncirdən hazırlanmış məlhəm bədənin donması zamanı tətbiq olunur. Ardıcın mədəyə ziyan verməməsi üçün onu balla qarışdırmaq lazımdır.
Ardıc müasir tibdə də istifadə olunan əsas bitkilərdən biridir. Müalicə məqsədilə onun ancaq meyvələrindən istifadə olunur, “Vişnevski” məlhəminin tərkibinə daxildir. Qurudulmuş meyvələrinin çay kimi dəmləməsindən, eləcə də spirtli duru ekstratından həzm prosesini yaxşılaşdıran, tərlədici və iştahagətirici vasitə kimi istifadə edilir. Ardıc yarpaqlarından alınan efir yağının spirtli məhlulu revmatizm və nevrologiyada ağrıkəsici sürtmə dərmanı kimi istifadə edilir.

DAVAM.AZ


Geri dön