Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Ramil Səfərovun yeri bilindi.
Ramil Səfərovun yeri bilindi. |
Macarıstandan ekstradisiya edilərək prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılan Ramil Səfərovla bağlı yeni xəbər var. Məlumata görə, zabitimiz hazırda Bakıda yaşayır və artıq işə çıxır. Mayor rütbəsi alan R.Səfərovun xidmət başında olması barədə hərbi ekspert Üzeyir Cəfərli məlumat verib. Onun sözlərinə görə, R.Səfərov işə gedib-gəlir və heç bir problem yoxdur.
Ekspert qeyd etdi ki, zabit hüquq-mühafizə orqanları tərəfindən qorunur və yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür: “Onun atası bir qədər qeyri-səmimilik edib. Deyib ki, əfvdən sonra üzünü bir dəfə görmüşəm. Ramil Səfərov Bakıdadır, işə çıxır. Məndə olan məlumata görə, Bakıdakı hərbi hissələrdən birində xidmətə başlayıb. Onun mühafizəsi də təşkil olunub. Ümumiyyətlə, ASALA-nın Bakıda gəlib terror törədəcəyi də inandırıcı deyil. Bunlar boş söhbətlərdir”. Ü.Cəfərli zabitin heç bir yerdə gizlədilmədiyini söylədi: “Ona sadəcə deyilib ki, bir qədər diqqətli olsun. Ramil Səfərov mayor rütbəsi alıb və işinə başlayıb. Mən ASALA-nın terror təşkilatı olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, XXI əsr texnologiya dövrüdür. İndi texnikanın imkanları ilə ASALA üzvünün harada olduğunu, hansı çıxışlar etdiyini, nə planlar qurduğunu izləmək olar”. Müsahibimiz əlavə etdi ki, R.Səfərov Azərbaycanın müdafiə sektoruna lazım olan zabitimizdir və onun tezliklə xidmətə başlaması müsbət haldır. R.Səfərovun işini bərpa etməsi xəbərini dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə telefon əlaqəsi cəhdimiz baş tutmadı. Qeyd edək ki, erməni terrorçuların hədəfində, adı dünyanın ən güclü təşkilatlarının və ölkə rəhbərlərinin dilində olan zabitimizin harada olması bu günə kimi maraq doğururdu. R.Səfərovun atası Sahib Səfərov isə sentyabrın 7-də “mediaforum”a bildirmişdi ki, oğlunun harada olması sualı ona da maraqlıdır: “Ramili ancaq Azərbaycana gəldiyi gün görmüşəm. Ondan sonra görüşümüz olmayıb. Evimizdən qonaq əskik olmur, camaatımız sağ olsun. Hələ də gəlib-gedənlər var. Gözaydınlığı, təbrik davam edir. Amma Ramilin üzünü görmürəm. Evə gəlmir. Yəqin, təhlükəsizliklə bağlıdır. Çünki ermənilərin hay-küyü bir qırağa qalsın, özümüzünkülər burada özlərini parçalayırlar ki, Macarıstanı aldadıblar, cənab prezident Ramili niyə əfv edib, hansı qanun əsasında əfv edib. Heç özümüzünkülər də imkan vermirlər bilək ki, nə baş verir. Hazırda Ramilin harada olduğunu bilmirəm. Heç təzə evinin yerini də, Ramilin orada olub-olmadığını da bilmirəm. Telefon əlaqəmiz də yoxdur. Bizə ilk gündən deyirlər ki, narahat olmayın, hər şey qaydasındadır” Zəminə Geri dön |