Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Almaniya Azərbaycanlıları Alyansı mühacir alverçiləri ilə bağlı bəyanat yayıb
Almaniya Azərbaycanlıları Alyansı mühacir alverçiləri ilə bağlı bəyanat yayıb |
“Əziz həmvətənlər! Almaniya Federativ Respublikasında (AFR) yaşayan dəyərli soydaşlar! Diqqətinizə çatdırırıq ki, Almaniya Azərbaycanlıları Alyansı (AAD) Azərbaycan Respublikasının həm hökumət, həm də qeyri-hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində, eləcə də Almaniyanın müvafiq institutları ilə əlaqəli formada fəaliyyət göstərən Almaniyada rəsmi qeydiyyatdan kecmiş müstəqil qeyri-hökumət təşkilatıdır. AAD təsis edildiyi gündən AFR-də mövcud olan 30-dan çox diaspor təşkilatlarımızın fəaliyyətini koordinasiya etməklə, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış bütün azərbaycanlılara dəstək olmağa, onların problemlərini öyrənməyə və bu problemlərin həllində köməklik göstərməyə çalışır. Bu çərçivədə istər siyasi, istərsə də digər əsaslarla Almaniyaya mühacirət etmiş həmvətənlərimizə çətin anlarında tərəfimizdən maddi və mənəvi dəstək göstərilmiş, onların qayğıdan kənar qalmamaları üçün əlimizdən gələni əsirgəməmişik. Fəaliyyətimizdə hər zaman Azərbaycançılıq ideyalarını rəhbər tutmağa, vətənimiz Azərbaycanın nüfuzunu Almaniyada və Avropanın digər ölkələrində yüksəklərə qaldırmağa çalışmış, həmçinin hər bir azərbaycanlının bu yöndə birlikdə səy göstərmələrinin önəmli olduğunu təbliğ etmişik. Eyni zamanda qeyd etmək lazımdır ki, müşahidələrimizə əsasən, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq buraya gətirilən bəzi soydaşlarımız Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bütün bunlar, aydındır ki, həmin dələduzların mühacirlərdən müxtəlif yollarla oturum üçün aldıqları vəsaitləri geri ödəməmək və qeyri-müəyyən müddətə vaxt qazanmaları üçün edilir. Hər kəs bilməlidir ki, Almaniyada qalmaq üçün bu kimi Azərbaycan vətəndaşına yaraşmayan qeyri-insani addımların AFR-də oturum hüququnun əldə edilməsi prosesinə heç bir faydası yoxdur və bu hallar yolverilməzdir. Almaniya qanunveriçiliyinə əsasən, bu kimi hallar presedent ola bilməz. Özlərinə xəsarət yetirən həmvətənlərin müvafiq tibbi müayinədən sonra dərhal deport edildikləri müşahidə olunur. Ümid edirik ki, Almaniya və Azərbaycan hüquq-mühafizə orqanları həmvətənlərimizi bu hərəkətlərə sövq edən cinayətkarların layiqli cəza almalarını təmin edəcək. Bunlarla yanaşı, həmin mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və "dəstək" məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər. Eyni zamanda həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər. Nəzərinizə çatdırırıq ki, Almaniya tərəfinin artıq bu kimi aksiyalarda, xüsusən Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən siyasi motivli aksiyalarda iştirak edən soydaşlarımızın oturum işlərinə mənfi cavab verdiyi müşahidə edilir. Almaniyanın Miqrantlar və Qaçqınlar üzrə Federal Agentliyinin (BAMF) mühacirlərimizin işləri ilə bağlı verdiyi qərarlarda qeyd olunan məqamlar söylədiklərimizin əyani sübutudur. Sosial şəbəkələrdə də bu məqamlarla bağlı xeyli informasiyaya rast gələ bilərsiniz.
Əziz azərbaycanlılar! Bu məlumatları Sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik və Sizlərdən özünüzü bu kimi dələduzlardan uzaq durmağa, onların qanunsuz "biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyirik. Almaniyada və Avropada oturum almağın yeganə yolu yerli cəmiyyətlərə inteqrasiya olunmaqdan keçir. Yaxın gələcəkdə Almaniya Azərbaycanlıları Alyansı olaraq tərəfimizdən təmənnasız qaydada vətəndaşlarımız üçün maarifləndirici tədbirlər təşkil ediləcəkdir. Unutmayın ki, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir azərbaycanlının evidir və səfirliyin önündə ucalan üç rəngli Bayrağımız hər birimizin namusu və qürur mənbəyimizdir”. DAVAM.AZ “Berlin Bürosu” (Almaniya) Geri dön |