Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyada 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dünyada 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir

Dünyada 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir


Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabrın ikinci və ya üçüncü həftəsində qeyd olunur. Xroniki kəskinləşən ağciyər xəstəliyi - ağciyərlərdən hava axınının hərəkətinin davamlı olaraq pozulması ilə müşayiət olunan bir sıra xəstəliklərin ümumi adıdır. Əvvəllər “xroniki bronxit”, və “emfizema” adlandırılan xəstəliklər də indi həmin sıraya aid edilir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik nəticəsində ölənlərin 90 faizi aşağı və orta səviyyəli həyat şəraitinə malik ölkələrin payına düşür. Xəstəliyin inkişafının əsas səbəbi siqaret, tütün tüstüsü, havanın çirklənməsi, kimyəvi maddələrin buxarı ilə təmasda olmaqdır. Xroniki kəskinləşən ağciyər xəstəliyi şəfasız mərəz olsa da, düzgün müalicə onun inkişafını ləngitməyə imkan verir. Həkimlərin ehtimallarına əsasən, yaxın vaxtlarda zəruri profilaktiki tədbirlər görülməsə, bu xəstəlikdən ölənlərin sayı qarşıdakı on ildə 30 faizdən çox artacaq. Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü çərçivəsində xəstəliklə əlaqədar məlumatlandırma və pasiyentlərə kömək göstərilməsi sahəsində qlobal addımlar atılır. Həmin gün dünyanın hər yerində səhiyyə mütəxəssisləri tibbi müayinələr, profilaktik və informasiya tədbirləri aparırlar. Bu sahədə aparılan müxtəlif tədbirlər sırasında siqaretə qarşı mübarizə əhəmiyyətli yer tutur.

DAVAM.AZ

Geri dön