Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in toplantısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi səsləndirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > ATƏT-in toplantısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi səsləndirilib

ATƏT-in toplantısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi səsləndirilib


Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sərbəst toplaşmaq azadlığına həsr olunmuş toplantısı keçirilib. Toplantıya Polşa Azərbaycanlıları Birliyinin idarə heyətinin üzvləri Cavid Zeynalov, Vüqar Hüseynov və Lalə Zeynalova da qatılıblar. Məqsəd - bir daha tədbir iştirakçılarının diqqətini Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal olunduğuna yönəltməkdir. Eyni zamanda, toplantıda öz doğma torpaqlarımızda sərbəst toplaşmaq və hərəkət etmək hüquqlarını həyata keçirdiklərinə görə Ermənistanın silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması da tələb edilib.
Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Lalə Zeynalova çıxış edərək bildirib ki, sərbəst toplaşmaq azadlığı haqqında fikirlərini səsləndirməmişdən öncə narahatlıq doğuran bəzi məsələlərdən danışmaq istəyir: "Bildiyiniz kimi artıq 27 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan vətəndaşları nəinki Şuşa, Qarabağ ərazisində toplaşmaq, heç ora getmək hüququna malik deyillər. Biz birinci öz regionumuzda olan problemi həll etməliyik ki, ondan sonra lokal problemlərə keçək. Sərbəst toplaşmaq azadlığı mövzusunda elə Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışmaq lazımdır. Onlar ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistanın silahlı qüvvələri tərəfindən girov götürülüblər və indiyədək əsir saxlanılırlar".


DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön