Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət sərhədindən buraxılış məntəqələrindəki vəziyyətlə bağlı müşavirə keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Dövlət sərhədindən buraxılış məntəqələrindəki vəziyyətlə bağlı müşavirə keçirilib

Dövlət sərhədindən buraxılış məntəqələrindəki vəziyyətlə bağlı müşavirə keçirilib


Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, DSX rəisi general-polkovnik Elçin Quliyev xidməti müşavirədə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə görülmüş işlər nəticəsində son illər xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb. Müşavirdə dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin qazanılmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci illə müqayisədə 11 faiz çox) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (12 faiz çox) dövlət sərhədindən buraxılıb. Saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4458 nəfər saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət vəziyyətinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırılmasının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yüksək səviyyədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bildirilib. Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nailiyyətlərin qorunub saxlanılmasının və daha da artırılmasının mühümlüyü xüsusi vurğulanıb. Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cümlədən dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunmasına dair təklifləri dinlənilib, xidməti fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd olunub. Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.

DAVAM.AZ


Geri dön