Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı cərrahın apardığı laparoskopik bağırsaq xərçəngi əməliyyatı təlim videosu kimi yayımlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanlı cərrahın apardığı laparoskopik bağırsaq xərçəngi əməliyyatı təlim videosu kimi yayımlanacaq

Azərbaycanlı cərrahın apardığı laparoskopik bağırsaq xərçəngi əməliyyatı təlim videosu kimi yayımlanacaq


Fransada laparoskopik təlim mərkəzi olan IRCAD hər il minlərlə cərraha WeBSurg virtual universitet vasitəsilə cərrahi təhsil almağa imkan verir. Həmin tədris prosesində beynəlxalq standartlara uyğun olan əməliyyat videoları istifadə olunur.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-cərrahı İlqar İsmayılovun düz bağırsaq xərçəngi üzərində icra etdiyi laporoskopik əməliyyatı təlim videosu kimi dünyanın 400 mindən çox cərrahına tədris olunacaq.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, bu, cərrahın WeBSurg-də yayımlanan sayca ikinci videosudur. Qeyd edək ki, bir neçə il əvvəl postsovet məkanında ilk dəfə olaraq onun icra etdiyi laparoskopik bağırsaq əməliyyatı IRCAD-ın təhsil proqramına daxil edilib və WeBSurg həmin əməliyyatın videosunu yayımlayıb.

DAVAM.AZ

Geri dön