Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elnur Eltürk: Bayrağın hər gün təhqir olunarsa...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Elnur Eltürk: Bayrağın hər gün təhqir olunarsa...

Elnur Eltürk: Bayrağın hər gün təhqir olunarsa...


Türkiyənin bəzi media qurumlarının Ramil Səfərovla bağlı erməni saytlarına istinad edərək, heç bir əsasa uyğun gəlməyən yazı və məqalələr dərc etməsi bir daha bəzi türk mediasının erməni “həqiqətlərinə” inandıqlarını ortaya qoydu. Həssas bir məqamda qardaş ölkənin önəmli media orqanlarını yanımızda görmək istəsək də, təəssüf ki, bu olmadı.
Çünki Türkiyənin bəzi media qurumları əksər hallarda Azərbaycanın haqlı davasında yanımızda olmayıb, Azərbaycan məsələsinə erməni baxış bucağından baxıblar. Amma bununla yanaşı, qardaş ölkənin dəyərli media mənsubları var ki, onlar hər zaman Azərbaycanın haqq davasını dəstəkləyiblər. 90-ci illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə türk mediasının vətənsevər jurnalistləri münaqişənin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadılar və onların xidmətləri danılmazdır.
Amma nə edək ki, Türkiyə mediasının bəzi sayt və qəzetlərində qərəzli yazılara rast gəlirik. Bu isə iki qardaş ölkə arasındakı münasibətlərə böyük təsir göstərir və türk dünyasının birliyi uğrunda qurulan işlərə xələl gətirir. Üstəlik, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
Bir müddət öncə Türkiyənin tanınmış köşə yazarı Emin Pazarçı ilə söhbətimdə ondan türk mediasının Azərbaycan məsələsinə diqqət ayırmamasının nə ilə əlaqəli olduğunu soruşarkən, yazarın mənə cavabı qısa oldu: “Türkiyədə Amerikanın və Qərbin dalınca qaçan bir media var. Onlar üçün Azərbaycan məsələsi o qədər əhəmiyyət kəsb etmir. Amma bununla yanaşı, son illər bu istiqamətdə irəliləyiş var”.


Bu günlərdə Türkiyənin “Radikal” qəzetinin köşə yazarı məqaləsində Ramil Səfərovu cinayəktar və onun qəhrəman kimi qarşılanmasını isə “kollektiv dəlilik” adlandırıb.
Türkiyəli köşə yazarın həqiqəti olduğu kimi yazaraq türk ictimaiyyətinə çatdırmaması bizdə təəssüf hissi doğurur. Belə çıxır ki, bu yazarın ermənipərəst yazarlardan fərqi yoxdur və bu yazı hansısa erməni saytlarında çıxan hər hansı bir yazıdan fərqlənmir. Bəs ermənilərin türklərə qarşı etdikləri cinayət və soyqırımları kimin adına yazaq, Orhan bəy?! Türk diplomatlarını öldürən ASALA üzvləri Ermənistanda hələ də qəhrəman kimi qarşılanırlar və cinayətlərini axıra kimi çəkməmiş azadlığa çıxdılar. Nə üçün bu haqda yazmırsınız? Ramil Səfərov müqəddəs bayrağımızı hər gün təhqir edən bir şəxsə bunu edib. Türkiyədə 2000-ci ildə bir ingilis futbol fanatının türk bayrağını yandırdığı üçün necə qətlə yetirildiyini hamımız yaxşı xatırlayırıq. Bu, bir türk gəncinin bayrağa olan münasibəti və sevgisidir. Atatürkün yunan bayrağını təhqir etməməsi məsələsi hələ də dillərdə məşhur olan əhvalatdır. Bu, bir türk insanın bayrağa olan münasibətinin əsas göstəricisi idi.
Yox, hər gələn sənin bayrağını təhqir edərsə, onu ayaqlar altına atarsa, onda sənin millətinin dəyəri, qüruru olmaz və onda bir millət olaraq tarixin arxivinə getməyə məhkumsan.

Elnur Eltürk

Geri dön