Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənə dindən danışma!
Mənə dindən danışma! |
Güney Azərbaycan mücahidlərinin dilindən...
Mənən dindən danışma! Düşünən varmı dini?! - Niyə İslam ölkəsi Olub kafir məskəni Əli məzlum qanına Batan ilə görüşür, İblisin yatağında Yatan ilə görüşür... Bizə gülümsəyərək Onlara çıxır arxa, Ondan ilhamlanaraq Hücum eyləyir dığa. Var düşmən əsgərinə Onun dadı, köməyi, Bizi əzir, illərdir Ona verir çörəyi. Məgər “İslam rəhbəri” Belə olarmı görən?! - Öz dilini sevəni Asan, edam etdirən?! “İslam, İslam” deyərək Xaraba qoydu bizi, Onun üçün qan tökmək “Şəriət” bəhanəsi! Erməni abidəsi Önündə baş əyərək, Əmr etdi: edam edin, Yazıq Türkü, Türkməni! Saqqal saxlamaq ilə Özünü “İmam” sanır, Dini İslam Türkləri Qəbul etmir, o danır! “Ali irq”-dir guya ki, Hər şey onundur, onun, Yaman tez unudubdur Sasanilərin sonun! Min il gücü çatmadı Bu torpağa, bu elə, Fahişə olub gavura, İndi qalxıbdır zilə... “1925” İngilis projesi, Rusun köləsi olub “79 şiəsi”... Daha nələr, nələr var, “Dini dar” şarlatanda! Yazsam poema olar, Çap eyləsəm zamanda... Dinin adın batırır Kələyi, hiyləsiylə, Varlığı qara ləkə Uca islam dininə! Gərək bilsin müsəlman, Gərək tanısın onu – - Çöhrəsi “Nurlu İmam” Xisləti kafir soyu. *** *** *** İllərdir aldadırlar Bu milləti “din” deyə! Gizli uyuştururlar, “Ağa”-ya qul etsin deyə. Ancaq anlamayırlar, Bəlkə də bilməyirlər, Şahı devirən bu Xalq Mollanı da məhv edər!!! Mollanı da məhv edər!!! *Elşən İsmayıl* Yanıqlı bir saz səsinin ilhamından gələn misralar... Geri dön |