Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcü yazıçı: "Gürcüstanın xalq qəhrəmanı Xudu Borçalının Marneulinin mərkəzində heykəli ucaldılmalıdır"
Gürcü yazıçı: "Gürcüstanın xalq qəhrəmanı Xudu Borçalının Marneulinin mərkəzində heykəli ucaldılmalıdır" |
“Biz azərbaycanlılara çox şeydə borcluyuq. Azərbaycanlılar gürcülərə heç vaxt arxa çevirməyiblər. Onlar duz-çörəyin qədrini bilən xalqdır. Azərbaycanlı Xudu Borçalının adı Gürcüstan tarixinə xalq qəhrəmanı kimi düşüb. Onun haqqında görkəmli gürcü yazıçılar romanlarda, şeirlərdə və xatirələrində müsbət fikir bildiriblər. Xalq qəhrəmanlı Xudu Borçalının Marneulinin mərkəzində heykəli ucaldılmalı, heykəlin üzərinə "Xudu Borçalıya gürcülərdən əziz xatirə" sözləri yazılmalıdır".
Bu sözləri gürcü yazıçı, tarixçi alim, professor Petre Qoçaqidze-Çaladideli deyib. Onun sözlərinə görə, Xudu Borçalı 1770-ci ildə Aspindza döyüşündə II İraklinin yaxın silahdaşı olub. O, 400 atlı ilə Aspindza tərəfdən Gürcüstana hücuma keçən ləzgilərə qarşı döyüşüb: "Gürcüstan tarixində borçalılıların qorxmaz və cəsarətli insanlar olduğu yazılıb. Mən də Xudu Borçalı haqqında yazmışam. Bizim tariximizdə də var ki, Xudu Borçalı 1770-ci il aprelin 20-də başlanan Aspindza döyüşünə qədər xalq qəhrəmanı olub. Xudu Borçalının qəhrəmanlığı haqqında II İraklinin özü də yazıb. Xudu Borçalının Qazax-Borçalı atlılarından ibarət min döyüşçüsü olub. Aspindza döyüşündə Xudu Borçalı gürcü döyüşçülər Ağbaba Eristavi, Svimon Muxranbatonişvili ilə birlikdə qəhrəmanlıq göstəriblər". "Mən sadə gürcü olaraq bəyan edirəm ki, biz gürcülər Gürcüstan hökumətinin maliyyəsi hesabına Marneulinin mərkəzində xalq qəhrəmanı Xudu Borçalının heykəlini ucaltmalıyıq. Mənim məqsədim budur ki, gürcülər öz borclarını yerinə yetirsinlər". Yazıçı gürcü xalqının Xudu Borçalıya borclu olduğunu bildirib: "O, müsəlman olsa da, Gürcüstanın müdafiəsi və birliyi üçün vuruşub. Gürcüstan azərbaycanlıları nəinki Aspindza döyüşündə şücaət göstəriblər, həmçinin Ağa Məhəmməd Şah Qacar Tiflisə hücum edəndə gürcü çarına kömək ediblər. Azərbaycanlılar gürcülərlə tarixən dost olublar. Qurucu David də buna görə azərbaycanlıları sevib, hətta məsciddə ibadət edib. Bizimkilər bu barədə yüksəkdən danışmaq istəmirlər. Tarixdə elə hal olmayıb ki, sizin babalarınız olan borçalılılar, qazaxlılar Gürcüstanı satsınlar. Mən sadə gürcü olaraq bəyan edirəm ki, biz gürcülər Gürcüstan hökumətinin maliyyəsi hesabına Marneulinin mərkəzində xalq qəhrəmanı Xudu Borçalının heykəlini ucaltmalıyıq. Mənim məqsədim budur ki, gürcülər öz borclarını yerinə yetirsinlər. Tarixdə Xudu Borçalı kimi azərbaycanlı qəhrəmanlar çox olub. Azərbaycanlı Əli Sultan Şəmşəddin II İraklinin ahıl vaxtında ona kömək edib. O, Xevsur və müsəlman döyüşçülərindən ibarət alayın komandiri idi. II İrakli Nadir şahla Hindistana qarşı vuruşanda onun etibar etdiyi 4 müsəlman yaxını olub. Onlardan biri qoruyucu, digəri çapar, biri tərcüməçi və o birisi isə mehtər idi. Tarixdə yazılıb ki, Borçalıdan, ya da Qazaxdan olan türk-müsəlman döyüşçülər çara həmişə sadiq olublar, azərbaycanlılar heç vaxt düşmən tərəfə keçməyiblər. Çünki Gürcüstanı öz vətənləri sayıblar. Tarixdə belə təqdirəlayiq hadisələr çox olub. Hətta belə bir maraqlı hadisə də baş verib ki, çar II İraklinin nəvəsi David 1789-cu ildə Qarsda türklərlə döyüşdə çətin vəziyyətə düşüb və Sarvandan olan azərbaycanlı gənc öz atını çara verib". Qeyd edək ki, tarixi mənbələrlə yanaşı, gürcü şair və yazıçıları da Xudu Borçalının qəhrəmanlığından yazıblar. Gürcü şairi Lado Asatiani "Aspindza" şeirində, yazıçı Akaki Beliaşvili "Besiki" romanında, eləcə də digər alim və yazıçılar Xudu Borçalının mərd, qorxmaz xüsusiyyətlərindn yazıblar. Gürcüstanda nəşr olunan, 1629 -1929-cu illəri əhatə edən kitabda da Xudu Borçalı haqqında məlumatlar var. Tarixi mənbələrdə Xudu Borçalının Borçalıda məşhur olan Yadigarovlar nəslindən olduğu bildirilir. Məlumata görə, hazırda Gürcüstanın Sadaxlı kəndində Xudulular deyilən nəsil hələ də yaşamaqdadır. Tarixi mənəbələrə görə, Xudulular nəsli II İrakliyə 60 min tümən gümüş sikkə borc verib. Gürcü kinematoqrafçılar bu barədə "And kitabı" adlı film də çəkiblər. Hazırda Marneuli şəhərində küçələrdən biri Xudu Borçalının adını daşıyır. Xatırladaq ki, bir müddət əvvəl Xudu Borçalının Marneulidə heykəlinin ucaldılması məsələsi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Müzeyində müzakirə olunarkən gürcü yazıçı və şairlər, ziyalılar onun xalq qəhrəmanı olduğunu bir daha vurğulayıblar. Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi (AMM) də onun heykəlinin qoyulması məsələni dəfələrlə qaldırıb, Gürcüstan hökumətinə və yerli hakimiyyət orqanlarına dəfələrlə müraciət edilib. Hər il ənənəvi olaraq M.F. Axundov adına Azərbaycan Müzeyinin, AMM-in təşkilatçılığı ilə Gürcüstanın məşhur din xadimlərinin, yazıçı və alimlərinin iştirakı ilə Tiflisdə keçirilən görüşlərdə və müstəqillik günləri qeyd olunanda Xudu Borçalı da anılır. DAVAM.AZ “Tiflis Bürosu” (Gürcüstan) Geri dön |