Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Şəkidə Beynəlxalq İmadəddin Nəsimi Elmi Konfransı
Şəkidə Beynəlxalq İmadəddin Nəsimi Elmi Konfransı |
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçıları akademiyanın Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyətidir. Konfransın əvvəlində Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Konfransı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb. O, respublikamızda və xarici ölkələrdə Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində Nəsiminin guya İslam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. O, dində islahatlar tərəfdarı idi. Dində islahatlar keçirmək təşəbbüsü Avropaya nisbətən Şərqdə daha tez başlamışdı. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş yol açdı. Yaqub Mahmudov bildirib ki, dahi bəstəkarımız Firəngiz Əlizadənin “Nəsimi” passionu böyük şairimizin sönməz həyat eşqinin, haqq-ədalət uğrunda mübarizəsinin dünyaya tanıdılmasında mühüm rol oynayıb. Daha sonra konfransda türkiyəli alimlər - Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi” və Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsiminin şeirlərində Həzrəti Məhəmməd” mövzularında çıxışlar ediblər. Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib. 2017-ci ildə isə Nəsiminin vəfatının 600 illiyi UNESCO səviyyəsində qeyd olunub. Konfrans çərçivəsində türkiyəli professorlar Rəfiq Turan və Selma Yelə Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub. Elmi konfransın bölmə iclaslarında “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib. DAVAM.AZ Geri dön |