Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qədim xalq idman oyunlarımızın təbliği mövzusunda təlim keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Qədim xalq idman oyunlarımızın təbliği mövzusunda təlim keçirilib

Qədim xalq idman oyunlarımızın təbliği mövzusunda təlim keçirilib


Laçın Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı Gənclərə Dəstək” İB Taxta körpü qəsəbəsində “Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği” mövzusunda təlimini keçirdib. Laçın Rayon Gənclər və İdman İdarəsindən bildirilib ki, təlimdə İdarənin rəisi Natiq Mustafayev, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəsi Asif Əliyev və 40 nəfərə yaxın gənc iştirak edib. N.Mustafayev Donor və İctimai Birlik haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələri və milli-mənəvi dəyərləridir. Bu baxımdan qloballaşan dünyada mədəniyyətlərin bir-birinə inteqrasiya etdiyi bir vaxtda o xalq yaşayacaq ki, o öz adət və ənənələrinə, milli dəyərlərinə sahib çıxsın, qoruyub saxlasın və gələcək nəsillərə ötürə bilsin. O qeyd edib ki, xalqların zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən olan qədim xalq idman oyunlarının gənclər arasında təbliğ olunması təqdirəlayiq haldır. Xalqımızın müxtəlif dövrlərdə adət-ənənələrini özündə yaşadan bu oyunların bəziləri nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxıb. Bu oyunlara Zorxananı, Alpaqutu, Milli güləşi, Gücsınamanı, Daşqaldırmanı misal göstərmək olar. Bu oyunların bəziləri üzrə Avropa və Dünya çempionatları keçirilir. Dirədöymə, Xıy-xıy, Çalağançardagı və Çövkən üzrə Respublika yarışları təşkil edilir. Bunlarla yanaşı bəzi oyunlar artıq unudulmaq üzrədir. Onun üçün də qədim xalq idman oyunlarımızı dərindən öyrənib və gənclər arasında təbliğ etmək lazımdır. Tədbirdə Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəsi Asif Əliyev Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olduğunu vurğulayaraq, qədim xalq idman oyunlarımızın unudulmaması, bu oyunların dərindən öyrənilib və gənclər arasında təbliğ edilməsinin vacibliyini qeyd edib. Sonda layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Milli Xalq İdman Oyunları haqqında geniş məlumat verib. Tədbirdə iştirak edən gəncləri maarifləndirmək məqsədilə onlara buklet paylanılıb, üzərində Fondun və Birliyin loqoları əks olunan köynəklər verilib. Tədbirin sonunda gənclərə sertifikatlar təqdim olunub.

DAVAM.AZ

Geri dön