Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaşıl soğanın qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yaşıl soğanın qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var

Yaşıl soğanın qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var


Güc, cəsarət və enerji verdiyinə görə, yaşıl soğanı lap qədim zamanlardan döyüşçülərin qidasına əlavə edirdilər. Onun qoxusu da xəstəlikləri qovmaq xüsusiyyətinə malikdir. Böyük loğman İbn Sina deyirdi: “Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir, tərkibində uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyaları, hətta göbələyi də zərərsizləşdirir”.
Soğanın təzadlı xüsusiyyəti var: az yeyiləndə bir neçə saat içərisində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Gündəlik qida rasionunda ondan istifadə edənlərdə sellülit, çiban, səpgilər, damarların varikoz genişlənməsi, dəri çatları kimi hallar, demək olar ki, müşahidə olunmur. Salatların hazırlanmasında geniş istifadə olunan yaşıl soğanın tərkibində olan C vitamini qanda şəkərin miqdarını aşağı salır. Ona görə də diabet xəstələri soğandan çox istifadə etməlidir.
Kökəlmək və çəki artırmaq üçün kərə yağında qızardılmış soğan yemək tövsiyə olunur. Kəskin mədə-bağırsaq yaralarında çiy soğan yemək olmaz, ondan yalnız bişmiş halda istifadə etmək məsləhətdir.

DAVAM.AZ

Geri dön