Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tələbələr Probasiya Xidmətinin fəaliyyəti barədə məlumatlandırılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Tələbələr Probasiya Xidmətinin fəaliyyəti barədə məlumatlandırılıblar

Tələbələr Probasiya Xidmətinin fəaliyyəti barədə məlumatlandırılıblar


Azərbaycan Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilərək azadlığın məhdudlaşdırılması yeni alternativ cəza növü təsbit olunub, o cümlədən bir sıra əməllər dekriminallaşdırılıb. Həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində probasiya xidməti yaradılaraq həmin cəzaların icrasında elektron nəzarət vasitələri geniş tətbiq olunur. Probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq nazirlik tərəfindən mütəmadi maarifləndirmə tədbirləri keçirilir, o cümlədən xüsusi televiziya verilişi hazırlanaraq nümayiş etdirilib. Bu sahədə qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, həmçinin bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə tanış olublar. Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramının icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrinin, orta məktəb şagirdlərinin iştirakı ilə ədliyyə və məhkəmə sahəsindəki yeniliklərə dair ardıcıl görüşlər keçirilir, “açıq qapı” günləri təşkil olunur.
Növbəti belə görüş yeni hüquq təsisatı olan Probasiya Xidmətinin fəaliyyətinə dair Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə keçirilib. Tədbirdə nazirliyin Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov və Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə iştirak ediblər. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə keçirilən görüşdə tələbələrə probasiya institutunun mahiyyəti və əhəmiyyəti, bu sahədə görülən işlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası mexanizmləri, probasiya əməkdaşlarının vəzifələri, peşə hazırlığı, Probasiya Xidmətinin fəaliyyət istiqamətləri, ictimai işlər növündə cəzanın icrasının təşkili, bu sahədə yeniliklər və s. barədə məlumat verilib. Eyni zamanda, elektron nəzarət vasitələri əyani nümayiş etdirilməklə, bu avadanlığın təyinatından, onun tətbiqi təcrübəsindən bəhs olunub.
Probasiya Xidmətinin fəaliyyəti, o cümlədən elektron qolbaqların tətbiqi iştirakçılar tərəfindən maraqla qarşılanıb, faydalı fikir mübadiləsi aparılaraq professor-müəllim heyətinin və tələbələrin suallarına aydınlıq gətirilib. Görüşdə, həmçinin əlamətdar yubiley münasibətilə universitetin kollektivi təbrik olunaraq uğurlar arzulanıb, hüquqşünas tələbələr ədliyyə orqanlarında Azərbaycan Prezidentinin çağırışı ilə geniş vüsət alan könüllü fəaliyyətə dəvət ediliblər.

DAVAM.AZ

Geri dön