Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Xalça Muzeyində Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
Xalça Muzeyində Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib |
Azərbaycan Milli Xalça Muzeyində eşitmə qabiliyyəti zəif olan insanların iştirakı ilə tədbir keçirilib. Muzeydən bildirilib ki, uşaqları sevindirmək, onların əyləncəli, xoş zaman keçirməsinə imkan yaratmaq məqsədilə təşkil olunan tədbirdə azyaşlılarla yanaşı, onların valideynləri də iştirak edib. Beynəlxalq Əlillər Günü ilə əlaqədar reallaşan tədbir zamanı Azərbaycan Milli Xalça Muzeyində ilk dəfə jest dilinə tərcümə ilə ekskursiya təşkil olunub, tamaşa göstərilib, ustad dərsləri keçilib.
Qonaqlar öncə Azərbaycanın ‘məkdar rəssamı İnna Kostinanın muzeydə nümayiş olunan “Kəlağayı: ipək qanadlar” sərgisinə baxıblar. İnna Kostina onlara əsərləri barədə, eyni zamanda, kəlağayı sənəti haqqında ətraflı məlumat verib. Sonra tədbir iştirakçıları üçün muzeyə ekskursiya təşkil edilib və “Şəngülüm, şüngülüm, məngülüm” nağılı əsasında hazırlanmış ənənəvi kilimarası kukla tamaşası nümayiş olunub. Tamaşa həm böyüklər, həm də uşaqlar tərəfindən maraqla qarşılanıb. Həmin gün uşaqlara çətən, şəddə toxuma, xalça ornamentlərini rəngləmə üzrə ustad dərsləri də keçilib. Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Karlara dəstək” İctimai Birliyi, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə reallaşıb. DAVAM.AZ Geri dön |