Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaraciyər və öd kisəsini sağlam edən faydalı zirinc dəmləməsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qaraciyər və öd kisəsini sağlam edən faydalı zirinc dəmləməsi

Qaraciyər və öd kisəsini sağlam edən faydalı zirinc dəmləməsi


Zirincin digər adı “şimal limonu”dur. Zirincin kimyəvi tərkibi həqiqətən limona bənzəyir. Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu giləmeyvə ürəkbulanması zamanı yaxşı kömək edir, sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir, qadınlarda güclü menstruasiya qanaxmalarını və doğuşdan sonra qanaxmaları azaldır. Zirinc qaraciyər və öd kisəsi üçün də çox faydalı sayılır. Zirincin tərkibində olan “berberin” maddəsi güclü iltihabəleyhinə təsirə malik olduğundan qaraciyər və öd kisəsində iltihabları azaldır, ödün ifrazını yaxşılaşdırır.
Xalq təbabətində geniş istifadə olunan qaraciyər və ödün sağlamlığı üçün faydalı zirinc dəmləməsinin reseptini təqdim edirik:
1 x.q. zirinci 1 stəkan isti suda yarım saat ərzində dəmləyin, sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Dəmləməyə bal əlavə edə bilərsiniz. Bu dəmləmə həmçinin soyuqdəymə zamanı çox yaxşı kömək edir.

DAVAM.AZ

Geri dön