Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Böyrəklərin sağlamlığını qoruyan təbii müalicə üsulları
Böyrəklərin sağlamlığını qoruyan təbii müalicə üsulları |
Bədənin ən əhəmiyyətli orqanlarından biri olan böyrəklər hormon istehsalını və qanın kimyəvi tarazlığını təmin edən orqanlar arasında yer alır. Hər hansı bir zərər görməsi ilə bədənin bütün mexanizmasını poza biləcək böyrəkləri qorumaq və təmizləmək çox vacibdir. Bunun üçün evdə təbii vasitələrlə hazırlaya biləcəyiniz müalicə üsullarından istifadə edə bilərsiniz.
Limonlu qarışım 2 yemək qaşığı zeytun yağı və 4 yemək qaşığı limon suyunu qarışdırıb için. Yarım saat sonra limon suyu və 1 yemək qaşığı alma sirkəsini qarışdırıb için. Bu qarışım böyrək daşının səbəb olduğu simptomların təsirini azaltmaqla yanaşı böyrək daşını əridir. Təsir göstərənə qədər bu qarışımı davamlı aralıqlar ilə istifadə edə bilərsiniz. Keşniş çayı 1 stəkan qaynamış suya keşniş əlavə edin. 25 dəqiqə gözlətdikdən sonra içinə 1 yemək qaşığı bal əlavə edin və qarışdırın. Çayı şüşə qabda saxlayın və bu qarışımı 3 gün müddətincə istifadə edin. Gicitkan otu çayı Qaynamış suya 1 yemək qaşığı gicitkan otu əlavə edin. Böyrək iltihabına faydalı olan bu qarışımı səhər və axşam 1 stəkan olmaqla için. Kərəviz suyu Kərəviz çubuqlarını təmizləyin, doğrayın və stəkan su ilə birlikdə blenderdən keçirin. Daha sonra bu qarışımı süzün və 1 ay müddətindəhər gün bir stəkan için. Bu qarışım böyrəkləri təmizləyəci təsiri ilə diqqət çəkir. Bu müalicə üsullarını istifadə etməzdən öncə həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur. DAVAM.AZ Geri dön |