Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sosial > İran sosial partlayış ərəfəsində
İran sosial partlayış ərəfəsində |
Başını itirmiş fars-molla rejimi çıxış yolları arayır
İran kəşfiyyatı ölkənin iqtisadi durumu ilə bağlı məruzə hazırlayaraq, prezident Əhmədinejada təqdim edib. Məruzə müəllifləri İran hakimiyyətini ölkədəki iqtisadi durumun fəlakət həddinə çatdığı barədə xəbərdar ediblər. Məruzədə göstərilir ki, yaxın üç ay ərzində büdcə kəsiri elə bir həddə çatacaq ki, dövlət qulluqçularına əməkhaqqı verilməsi mümkün olmayacaq, bu isə sosial narazılıqlara gətirib çıxaracaq. Məruzəyə görə, İranın valyuta ehtiyatları yaxın 6 ay ərzində faktiki tükənəcək. Ölkənin iri zavod və fabrikləri xarici bazarlara çıxışı məhdud olduğundan dərin böhran yaşayacaq. Bu müəssisələrin bir çoxu iflas olacaq. Məruzədə daha sonra göstərilir ki, ölkədə inflyasiyanın həddi 40 faizə çatıb. Ət və ət məhsulları, süd və bir çox ərzaq mallarının qiyməti 80 faiz artıb. Onu da qeyd edək ki, Avropanın İrana qoyduğu embarqo ucbatından bu ölkə hər gün 133 milyon dollar itirir. Sanksiyalar artıq təsirini göstərib, İranın iqtisadiyyatı ağır vəziyyətdədir. Neftin qiymətinin düşməsi, infliyasiyanın həddinin artması, hökumətin mənasız siyasəti və tətbiq edilən iqtisadi sanksiyalar ölkədəki ümumi vəziyyəti daha da ağırlaşdırır. Bu problemlərin yaranmasının əsas səbəbkarlarından biri də şəxsən İran prezidenti Mahmud Əhmədinejadın özü olub. «Araz» Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, Əhmədinejadın iqtisadi siyasət sahəsində yürütdüyü siyasət, buraxdığı səhvlər və nüvə silahının əldə edilməsi istiqamətindəki inadkarlığı (daxili iqtisadi tənəzzül və beynəlxalq arenadan kənarlaşdırılma) İrana ikiqat zərbə vurub: «Bu səbəbdən xarici sahibkarların İran şirkətlərinə inamları qalmayıb. Təsadüfi deyildir ki, məhz bununla əlaqədar olaraq, Əhmədinejad prezident seçkilərinə hazırlıq dövründə güclü rəqabətə rast gəldi». Bu gün İran hökuməti etiraf etməsə də, sanksiyalar ölkəyə mənfi təsir göstərməkdədir. Faktiki olaraq iqtisadi tənəzzülün əsas səbəblərindən biri sanksiyaların tətbiqi olub. Çıxılmaz vəziyyətlə üzləşən Əhmədinejad hökuməti iqtisadiyyatı dirçəltmək üçün büdcədəki pulları sərf edir və iqtisadiyyata əlavə pullar yönəldilməsi barədə qərarlar verir. Bütün bunlar inflyasiyanı daha da stimullaşdırır. Mütəxəssislərin fikrincə, Əhmədinejadın siyasəti İran iqtisadiyyatına böyük zərbə vurub və vurmaqdadır. Bir sıra mütəxəssislər Əhmədinejadın siyasətini onun iqtisadi savadı və iqtisadi problemləri həll edə bilməsi bacarığının olmamasının göstəricisi kimi qiymətləndirirlər. Belə ki, onu iqtisadi məqsədlərini siyasətlə uzlaşdırmağa çalışan prezident kimi qələmə verirlər. Əvvəllər, Əhmədinejadı dəstəkləmiş mühafizəkar yönümlü iqtisadçı təhlilçi Əmir Möhəbian indi iqtisadiyyatı idarə edə biləcək yeni əməkdaşlar axtarmağa çağırır. Onun sözlərinə görə, İrana planlaşdırma, yeni layihələr və rəhbərlik lazımdır. O deyib ki, hökumətin orta səviyyəli nümayəndələri iqtisadiyyatı Əhmədinejaddan daha yaxşı idarə edə bilərlər. İqtisadiyyatın inkişaf etdiyi dövrdə də İran hökumətinin təsərrüfatsızlığı bir sıra beynəlxalq maliyyə təşkilatlarını bu ölkənin kasıblaşmış dövlət xəzinəsi ilə əlaqəni kəsməyə məcbur etmişdir. Belə ki, 2008-ci ildə neftin bir barrel qiyməti 150 ABŞ dolları məbləğinə qədər artmış və bununla əlaqədar dövlət xəzinəsinə külli miqdarda əlavə vəsait daxil olmuşdu. Lakin mütəxəssislərin fikrincə, həmin milyardlar planlaşdırılmadan xərclənib. Onların sözlərinə görə, İran o vaxtkı gəlirləri düzgün qiymətləndirə bilmədiyindən (iş yerləri açılmamış, avtomobil və dəmiryol xəttləri çəkilməmiş, poçt əlaqə üsulları müasirləşdirilməmişdir) iqtisadi problemlər daha da dərinləşib. Müşahidəçilər pulların hansı sahəyə xərcələnməsi ilə bağlı suallar verirlər. Bir çoxları isə pulların sanksiyanın tətbiq edilməsinə səbəb olmuş nüvə proqramlarına sərf edildiyini iddia edirlər. Həmin dövrdən etibarən neftin qiyməti aşağı düşüb, İran iqtisadiyyatı da zəifləyib. Xatırladaq ki, İranın dövlət büdcəsi hər zamana neft gəlirlərindən asılı vəziyyətdə olub. Ekspertlərə görə, hökumətin iqtisadiyyatın idarəedilməsində fəaliyyəti insanı «şoka» salır. Planlaşdırlmamış iqtisadi siyasət inflyasiyanın və işsizliyin artmasına səbəb olub. Qeyri-peşəkar qeydiyyat və ehtimal olunan korrupsiya ilə əlaqədar külli miqdarda pullar yoxa çıxıb. İslam Şurasının müzakirəsinə verilən hesabata görə əsasən neft satışından əldə olunan 1 milyard ABŞ dolları məbləğində vəsait İranın dövlət xəzinəsinə daxil olmayıb. Əhali arasında keçirilmiş sonuncu sorğuya əsasən, ölkə əhalisi inflyasiya və işsizliyi ölkənin əsas problemləri hesab edir». Politoloq Fuad Muxtar-Ağbabalının fikrincə, Qərbin sanksiyaları ümumilikdə İran adlanan yerin iqtisadi və siyasi həyatına ciddi təsir göstərib: «ABŞ rəhbərliyi hələlik İranla münasibətlərində hərbi variantı istisna edib. Vaşinqton hazırda BMT vasitəsilə İran əleyşmeə sanksiyaların qəbuluna nail olmaqla onu çökdürməyə çalışır. Başda ABŞ olmaqla Qərb İran kimi teokratik bir ölkənin nüvə silahına malik olmasını istəmir. ABŞ İranı özünün Yaxın Şərqdəki əsas müttəfiqi İsrail üçün həmişə təhdid görür və bunun qarşısını almağa çalışır. Hər halda son dövrlər dünya mətbuatında çıxan analitik yazılar göstərir ki, ABŞ İrana qarşı təzyiqlər məsələsində istəyinə nail olub. Məsələn, belə bir məlumat var ki, İranın İqtisadi İnkişaf Nazirliyində hazırlanmış məxfi sənəd dini lider ayətullah Xamneyiyə göndərilib. Həmin sənəddə İran iqtisadiyyatının çox ağır vəziyyəti təsvir olunub. Ali dini rəhbərlikdən vacib tədbirlərin görülməsi təvəqqe olunur, xəbərdarlıq edilir ki, əks təqdirdə İran iqtisadiyyatı tamamilə iflasa uğrayacaq və bu proses qaçılmaz olacaq. ABŞ da bunu nəzərə alır. Bu gün İranda vəziyyət gündən-günə pisləşir və ölkə daxilində sosial partlayış yetişməkdədir. Geri dön |