Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır

Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır


Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində qeydə alınıb. Şəhər sakini, Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.
Hadisəni törədən R. Məmmədov Kapital Bankda çalışıb, mərhum G. Əmiraslanlı isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da işləyib.

DAVAM.AZ

Geri dön