Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb

Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb


İxrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir. Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı ehtimal edilir. Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artım gözlənilir. Bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.
M.Cabbarov bildirib ki, Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb. “Növbəti ildə proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”, - deyə nazir vurğulayıb.

DAVAM.AZ

Geri dön