Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmmunitet, yaddaş və görməni yaxşılaşdıran, qarın piylərini əridən möcüzəvi SİROP
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İmmunitet, yaddaş və görməni yaxşılaşdıran, qarın piylərini əridən möcüzəvi SİROP

İmmunitet, yaddaş və görməni yaxşılaşdıran, qarın piylərini əridən möcüzəvi SİROP


İstənilən mövsüm arıqlamaq üçün əlverişli sayılır. Bu cövhər bədəninizdən maye və yağları çıxaracaq. Xüsusilə məşqlə birlikdə təsirlidir.
Cövhər beyin işini möhkəmləndirir, yaddaş, görmə, eşitmə qabiliyyətini yaxşılaşdırır, immuniteti möhkəmləndirir və soyuqdəymədən qoruyur. Əsas tərkib hissəsi C, B1, B2 və B6 vitaminləri, dəmir, kalium, maqnezium və fosforla zəngin olan qıtığotu kökü ("xren") bitkisindən ibarətdir. Qıtığotu kökü maddələr mübadiləsini yaxşılaşdırır, yorğunluğu azaldır və bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdırır.
Cövhəri hazırlamaq asandır və qısamüddətli tətbiq olunduqdan sonra da nəticələr heyrətləndirici olur.

Tərkibi:
- 125 qr qıtığotu kökü
- 4 ədəd limon
- 3 xörək qaşığı bal
- 2 xörək qaşığı darçın
- 1 dilim (2 sm) zəncəfil.

Hazırlanması:

Əvvəlcə bir az qaynanmış su əlavə edib qıtığotu kökü və zəncəfili blenderdə xırdalayın. Limonun suyunu sıxıb qarışığa əlavə edin, qarışdırın və sonra darçın və bal əlavə edib yenə yaxşı qarışdırın, bankaya tökün. Gündə 2 dəfə yeməkdən və ya idmandan əvvəl 1 xörək qaşığı qəbul edin. Yalnız 3 həftədən sonra nəticələr görünəcək. Bu vasitə yalnız ideal bədən quruluşuna sahib olmağa kömək etməyəcək, həm də bədəninizi vitaminlərlə zənginləşdirəcək və lazım olduqda immun sisteminə viruslarla mübarizədə kömək edəcək.

DAVAM.AZ

Geri dön