Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları

KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları


Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var – xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s. Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:
- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.
- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.
- Yuxunu yaxşılaşdırır.
- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.
- Qanda xolesterinin səviyyəsini aşağı salır.
- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.
- Sümükləri möhkəmləndirir.
- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.
- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.
- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.
- Beyinin fəaliyyətinə müsbət təsir edir.
- Orqanizmə əlavə enerji verir.

Mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər. Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

DAVAM.AZ

Geri dön