Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəfsəncani iranın böhrandan çıxış yolunu azad seçkidə gördüyünü deyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Rəfsəncani iranın böhrandan çıxış yolunu azad seçkidə gördüyünü deyir

Rəfsəncani iranın böhrandan çıxış yolunu azad seçkidə gördüyünü deyir


İran "İslam" Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani sentyabrın 10-da bir qrup tələbə ilə görüşüb. Haşimi Rəfsəncani deyib ki, ölkənin hazırkı iqtisadi və siyasi böhrandan çıxmasının yeganə şərti növbəti prezident seçkisinin azad və şəffaf keçirilməsidir: “Tələbələr ölkənin indiki böhrandan çıxış yolları haqda mənə tez-tez suallar verirlər. Hesab edirəm k, növbəti prezident seçkisinin azad, şəffaf və konstitusiyaya uyğun keçirilməsi ölkə problemlərinin böyük bir qismini həll edə bilər.

Böhrandan çıxmaq üçün məntiqlə, ağılla tərpənmək, ifratdan və yalançı qalmaqallardan uzaq durmaq da lazımdır. Bu gün ali təhsil ocaqlarında müəllimlərə və tələbələrə qarşı aqressiv davranış islama və şiə əqidəsinə uyğun gəlmir. Təəssüflər olsun ki, müəllim və tələbələrlə bu tərzdə davranılması onların – tələbələrin, elita nümayəndələrinin ölkədən mühacirət etməsinə səbəb olur”.

İranda növbəti prezident seçkisi 2013-cü il iyulun 14-də keçiriləcək.

Geri dön