Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub |
Musiqi məktəblərinin inkişafına Azərbaycanda reallaşan mədəniyyət siyasəti çərçivəsində xüsusi diqqət ayrılmaqdadır. Həmin məktəblərin tanıdılması və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər görülməkdədir. Mövcud istiqamətdə atılan növbəti addım estrada sinfinin inkişafı ilə bağlıdır.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış mütəxəssislərin iştirakı ilə ilk müzakirələr aparılıb. Müzakirədə məktəbin direktoru Əziz Qarayusifli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Məryəm Babayeva, xalq artisti, Bakı Musiqi Akademiyasının “Vokal” kafedrasının professoru Natavan Şeyxova, əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Azərbaycan Milli Konservatoriyasının “Milli Vokal” kafedrasının baş müəllimi, caz festivalları laureatı Rövşən Rzayev və V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru, Əməkdar incəsənət xadimi Akif Süleymanbəyli iştirak ediblər. Bədii Təhsil Şöbəsinin müdiri Sevil Ələkbərova tədbirin əhəmiyyətindən söz açıb. Təqdim olunmuş tədris planının layihəsi müzakirə və təhlil olunub, hər bir mütəxəssis ayrı-ayrılıqda yeni təkliflər irəli sürüb və tədris planına əlavələrin daxil edilməsi haqqında öz fikirlərini bildiriblər. Müzakirədə dəvət olunmuş mütəxəssislərlə yanaşı, məktəbdə Estrada ixtisası üzrə fəaliyyət göstərən gənc müəllimlər də iştirak edib. Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qonaqlara təşəkkür edib, respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində “Estrada sənəti” sinfinin yaradılmasının müsbət rolundan, peşəkar mütəxəssislərlə birgə tədris proqramlarının yenilənməsi və bu ixtisasın inkişaf etdirilməsi üçün ustad dərslərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. DAVAM.AZ Geri dön |