Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur

Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur


2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir. İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur. Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.
Azərbaycandakı 15-19 yaşlı qadınların 29,5 faizi , 20-44 yaşlı qadınların 14,3 faizi, 45-64 yaşlı qadınların 7,2 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.

DAVAM.AZ

Geri dön